dodaq

Dodaqlarınıza yaraşan rənglər – TEST

Baxış sayı: 1. 817

Dəriniz günəşə necə reaksiya verir?

a) Mən çox tez və gözəl qaralıram: Artıq iki gün sonra çimərlikdə dərim qızılı rəng alır.
b) Prinsipcə, qaralmaqla problemim yoxdur. Rəngim adətən zeytun çalarında olur.
c) Mənim dərim qaralmır, daha çox yanıram. Ona görə də, Günəşdən güclü müdafiəsi olan krem çəkmədən çimərliyə çıxmıram. Günəş şüaları dərimdə qızartılar yaranır.
d) Mənim dərim yanmaya məruz qalır. Və məzuniyyətdən sonra geri qayıdanda tez-tez bu sözləri eşidirəm: “Bəs qaralmamısan?”

Çilləriniz var?

a) Bəli, qızılı.
b) Var, amma çox azdır və onlar, demək olar ki, bilinmir.
c) Parlaq çillər məndə həmişə olub.
d) Yox.

Gözləriniz hansı rəngdədir?

a) İfadəli mavi, firuzəyi, yaşıl
b) Yumşaq, boğuq rəngi: bozumtul-yaşılı və ala.
c) Gözlərimdə qızılı işıq var və rəngi dəyişir.
d) Zəngin rəngli – göy, tünd qonur və zümrüd.

Hansı rəng köynəkdə daha çox gözəl görünürsən?

c) Süd və ağ rənglərdə.
b) Mavi.
c) Narıncı.
d) Qara.

 Zahirən hansı nağıl personajına bənzəyirsən?

a) Zlatovlaska.
b) Zoluşka.
c) Peppi Dlinnıyçulok.
d) Ağbəniz.

Verdiyin cavabları hesabla: A, B, C və ya D.

a) Sizin pomada rənginiz – qəhvəyi, torpaq rəngləri və mərcan qırmızısı. Soyuq rənglərdən uzaq durmağa çalışın. Alternativ kimi sadə, şəffaf dodaq parıltısı üzərində dayana bilərsiniz.

b) Sizə bənövşəyi, moruq, albalı və tünd qırmızı pomada mükəmməl yaraşır. Qadağan olunmuş rənglər isə parlaq qırmızıdır. Çünki o makyajı “vulqar” göstərir.

c) Qırmızı, mis, narıncı, dərin qızıl çalarları sınaqdan keçirin. Çox işıqlı rənglər sizə yaraşmır. Çünki onlar simaya hüznlü ifadə verəcək.

d) Böyük cəsarətlə soyuq və sərt rəngləri: tünd qırmızı, çəhrayı, tünd bənövşəyi – rəngləri istifadə edə bilərsiniz. Narıncı və parlaq rənglərdən qaçın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir