D

Doğum sıranız gələcəyiniz barədə nə deyir?

Baxış sayı: 1. 694

Ailədə uşaqların doğum sırası onların gələcək peşə seçiminə təsir edir. Alimlər əmindirlər ki, ailənin ilk uşağı gələcəkdə elmi-texniki sahədə özünü sınayır. Ortancıl uşaqlar idarəçilik, marketinq sahəsində çalışırlar, daha çox “kreslo” həvəskarı olurlar. Sonbeşiklər isə seçimlərini yaradıcılıq – incəsənət və ya ədəbiyyatdan yana edirlər. Təbii ki, istisnalar həmişə var.

Alimlər ailələri müşahidə edərək belə qənaətə gəliblər. Bunun səbəbini isə belə izah edirlər: birinci uşaq ata-ananın ilk bəhrəsi olduğu üçün onun üstündə əsirlər. Mütləq yaxşı təhsil almasını, sonra elmi dərəcəsini artırmasını istəyirlər. Ortancıl uşaqlar arada qalıb sıxışdığı üçün çox vaxt diqqətdən kənar qalırlar. Sanki onlarda ətrafa özünü təsdiqləmək, heç gözlənilmədiyi halda ailənin qüruru olmaq istəyi yaranır. Ona görə rəhbər kürsüsünə meyillənirlər. Sonbeşiklər isə adətən boş buraxıldığı üçün dərvişanə vəziyyətdə əllərində gitara ilə, qələmlə başlayıb parlaq xəyallara bürünürlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir