xosqedem-hidayetqizi-ile-dogusun-toyu-oldu---vIdeo---foto_26-12-2014_(2)

Doğuşdan ildönümü təbriki: “Uşaqlarımızla xoşbəxt…”

Baxış sayı: 1. 735

Türkiyəli müğənni Doğuşla aparıcı Xoşqədəm Hidayətqızının toy ildönümüdür.

“Gencaile.az”-ın məlumatına görə, ifaçı ildönümü ilə bağlı sosial şəbəkədə xanımına olan ürək sözlərini yazıb.

“Mənim günəşim! Telefondan şəklinə baxanda belə, istiliyini, hüzurunu hiss edirəm. Yaxşı ki, həyatımdasan, yaxşı ki, həyat yoldaşım, nəfəsim oldun. Səni sevirəm. Səni sonsuzadək sevəcəyəm. Səninlə qocalıb, səninlə öləcəyəm. Mənim ən gözəl həyatımsan, həyat yoldaşımsan. Uşaqlarımızla xoşbəxt evimiz olsun. Bu ilk ildönümü ayrılığı məni kədərləndirdi. Bir də heç vaxt özəl günlərdə ayrı olmayaq, gözəl xanımım. Səni çox sevirəm, həmişə də çox sevəcəyəm. İlk ilimiz mübarək olsun, əzizim”.

Xatırladaq ki, Doğuşla Xoşqədəm Hidayətqızının ilk toy fotoları ötən ilin bu günündə sosial şəbəkədə yayılmış, cütlük daha sonra münasibətdə olduqlarını etiraf edərək özlərinə nikah mərasimi keçirmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir