Son illər ən çox müraciət edilən estetik əməliyyatlarından biri də dodaq dolğunlaşdırma əməliyyatdır. Qadınlar ətli, dolğun dodaqları sevirlər və dolğun dodaqları üzün ahəngini, rəngini dəyişdirmək üçün vacib hesab edirlər. Estetik əməliyyata qarşı olduğunuz və qorxduğunuz üçün dolğun dodaqlara sahib olmaq arzunuz ürəyinizdə qalacaq deyə təəssüflənməyin. “Gencaile.az” əməliyyatsız dolğun dodaqlara sahib olmağın yollarını təqdim edir.
Dolğun dodaqlar üçün…
1 çay qaşığı bal və 2-3 damcı zeytun yağını qarışdırın. Bu qarışımı diş fırçasıyla dodaqlarınıza sürtün.
Parlaqlıq üçün…
1 yumurta sarısı və 5 qram yulaf.
Yumurta sarısını kasaya qoyub yulafla qarışdırın. Qarışımı dodaqlara və kənarlarına sürtün. 10 dəqiqə sonra suya yuyun. Bu maska dodaqlarınızın ölmüş dərisini təzələyəcək. Qırışları yox edəcək, yumşaq, parlaq olmasına kömək edəcək.