Xeyale Quliyeva

Dondurma yemək boğaz ağrısına səbəb olurmu?

Baxış sayı: 1. 141

Dondurma yemək boğaz ağrısı yaratmır. Hətta uşaqlarda angina zamanı dondurma yemək tövsiyə edilir. Bəli, bəli, düz oxudunuz, çünki anginanı yaradan dondurma deyil, virus, bakteriya və göbələk kimi mikroorqanizmlərdir.

Bunların bədənə daxil olma yolları müxtəlifdir. Amma hər mikroorqanizm də bədənə daxil olan kimi xəstəlik yaratmır. İmmun sistem tərəfindən bir çox hallarda bu mikroorqanizmlər məhv edilər.

dondurma

Qayıdaq angina və dondurmaya. Angina zamanı dondurma yemək udqunma zamanı olan ağrıları azaldır. Məhz bu səbəbdən dondurma yeməyin mövsümü yoxdur. Başqa sözlə, ilin hər fəslində yeyilə bilər.Dondurma ağıza daxil olan kimi 37 dərəcə temperaturda əriməyə başlayar və boğazdan keçənə qədər istiliyi artar ki, bu da nəticədə faydalı olar, nəinki boğaz ağrısana hər hansı zərər törədər.

 

Pediatr  Xəyalə Quliyeva




7 şərh “Dondurma yemək boğaz ağrısına səbəb olurmu?

  1. Nərminə Aslanli

    dondurma əzələlərin nizamlı işləməsini dəstəkləyir, beləliklə, toxuma itkisinin qarşısını alır. Onu soyuq qış aylarında da asanlıqla yeyə bilərsiniz.

    Cavabla
  2. Cəmalə

    Doktor, yay ayları çox isti olduğu üçün dondurmanın yeyilməsi qəlfətən ağız boşluğu, əsnək, udlaq və qırtlağın soyumasına səbəb olur ki, bu da qısa zaman kəsiyinda yuxarı ənəffüs yollarının itihabi xəstəlklərinin inkişaf etməsinə gətirb çıxarır kimi fikirlər nə dərəcədə doğrudur?

    Cavabla
  3. Fərhad İmanov

    Hekim cox dogru vurgulayir. Yaxsi hazirlanan dondurma zererli deyil ve hetta faydasi var

    Cavabla
  4. Elvin İbrahimli

    Bir həkimdən eşitmişdim ki, süddən əldə edilən dondurmanın zülal keyfiyyəti olduqca yüksəkdir. Bundan başqa, A vitamini, B vitaminləri, kalsium, fosfor, maqnezium və kalium ehtiva edir. Bu səbəbdən də dondurma əzələlərin nizamlı şəkildə işinə dəstək verir və beləcə, toxuma itkisinə mane olur.

    Cavabla
  5. Pediatr Esmira

    Aparılan elmi araşdırmada təcrübəçilərin beyinləri zərərsiz bir üsulla izlənilir və dondurma yedikdə beyinlərində hansı nöqtələrin aktiv olması ortaya çıxarılır. Nəticə olaraq dondurmanın beyindəki həzz bölgələrinə toxunduğu, insanların dondurmanı həzz almaq üçün yedikləri isbat edilir.

    Cavabla
  6. Polad Musabəyov

    Həkim çox düz qeyd edir. Anaların illərdir uşaqlarına öyrətdiyi və onlar üçün də qorxulu bir yuxu halına gələn dondurmanın badamcıqlarda infeksiyaya səbəb olması bir mifdir. Mütəxəssislər bunun heç bir elmi əsası olmadığını deyirlər. Çox soyuq olan bir qida damarlarda ani daralma yaradaraq müqavimət mexanizmində pozulmağa gətirib çıxararır. Bu vəziyyət infeksiyaya səbəb olsa da, heç bir elmi dayağı yoxdur

    Cavabla
  7. Mahmud

    Mence bu movzuya yay aylarinda toxunmaq daha duz olardi/ Maraqli movzu olsa da yanlis zamanda yazilib

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir