DONDURULMUS QIDALAR

Dondurulmuş qidaların zərərləri – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 1. 180

“Dondurulmuş halda saxlanılan ərzaqlar keyfiyyətini tamamilə itirir”. Bu sözləri terapevt Vəfa Əhmədova deyir. Onun sözlərinə görə, hər bir məhsulu öz fəsilində təzə yemək daha faydalıdır:

“Elə ərzaqlar var ki onları soyuducunun buzxanasına qoyub qışa saxlayırıq. Məsələn, üzüm tənəyinin yarpağını, lobyanı, bəzi meyvələri və s. Düzdür, bu məhsulları dondurub istifadə etməyin heç bir qorxusu yoxdur. Lakin həmin ərzaqlar öz keyfiyyətini itirir və orqanizm lazım olan vitamin və mineralları əldə edə bilmir. Ən çox vərdiş halı alan isə ət məhsullarıdır ki, toyuq, balıq, qırmızı ət – bunları uzun müddət hətta 1-2 ay buzluqda saxlayıb istifadə edirlər. Ancaq bu düzgün deyil. Orqanizm o qidalardan heç bir xeyir görməyəcək. Demək olar ki, bütün məhsullardan təzə halda istifadə daha səmərəlidir. Onu da bildirim ki, buz dolabından çıxarılıb əridilmiş məhsulu uzun müddət kənarda saxlayıb istifadə etmək düzgün deyil”.

V.Əhmədova dondurulmuş ərzaqların zəhərlənmə baxımından qorxulu olmadığını desə də, əlavə etdi ki, ərzaqın donunu tez açmaq üçün qaynar sudan və yaxud başqa bir üsuldan istifadə etmək qətiyyən olmaz:

“Buzluqdan çıxan məhsul soyuducunun digər bölməsində yavaş-yavaş əridilib istifadə edilməlidir”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir