qan

Donor ola bilənlər və ola bilməyənlər

Baxış sayı: 757

Mütəmadi qan vermək həm bir həyatı xilas etmək deməkdir, həm də insan orqanizmi üçün olduqca faydalıdır. Çünki qan vermək baş ağrıları, yüksək təzyiq kimi problemləri aradan qaldırır, infarkt və xərçəng riskini azaldır və eyni zamanda, qan hüceyrələrinin təzələnməsinə səbəb olur.

Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarovanın dediyinə görə,18-65 yaş arası səhhətində problem olmayan hər bir şəxs qan verə bilər: “Əgər donor ilk dəfə müraciət edirsə, onun yaşı 60-dan aşağı olmalıdır. Daimi qan verən donor isə 65 yaşınadək bunu edə bilər. Daimi donor 65 yaşdan sonra da qan vermək üçün müraciət edirsə, ildə yalnız bir dəfə qan verə bilər”.

Qan vermək üçün boy və çəki uyğunluğu olmalıdır. Bəzi xəstəliklərin daşıyıcıları da donor ola bilməz. “Donorluqdan imtina kriteriyaları iki yerə bölünür: müvəqqəti və daimi. Müvəqqəti imtina müəyyən bir səbəbə görə, məsələn, dərman preparatları qəbul edən, antibiotik müalicəsi alanlar müəyyən müddətdən sonra qan verə bilərlər. Cərrahi əməliyyat olunanlara, tatuirovka və pirsinq etdirənlərə bir ildən sonra qan verməyə icazə verilir. Hepatit B, S və sifilis xəstəliyi keçirənlər, orqan transplantasiyası keçirənlər daimi imtina kriteriyalarına aiddir”, -deyə hematoloq əlavə edib.

Şəkərli diabet xəstələri insulin qəbul etmirlərsə, qan verə bilərlər. Epilepsiya xəstəliyi keçirənlər isə yalnız üç ildən sonra donor ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir