dost

Dostunu çiyinlərində dərsə aparır

Baxış sayı: 1. 639

18 yaşlı Xi Xu 19 yaşlı sinif yoldaşı Janq Çi ilə eyni məktəbdə təhsil alır. Janq aşağı ətrafların distrofiyasından əziyyət çəkir.

Onun dostu Xi isə dostundan fərqli olaraq boyu 1,73 metr, çəkisi isə 75 kiloqramdır. Ona görə də, ayaq üstündə dayana bilən Xi əlil yoldaşının dərslərdə iştirak etməsi üçün hər gün onu çiyinlərinə daşıyır.

Məktəbin direktor müavini deyib: “Onların hekayəsi çox təsirlidir. Çünki Xi və Janq qohum deyillər və 3 ildir ki, dostluq edirlər”.

Yeniyetmə oğlanlar məktəb nəzdində yerləşən yataqxanada yaşayırlar. Xi Janqı hər gün yataqxanadan məktəbə çiyinlərində daşıyır. Sonra isə Xi yoldaşına yemək hazırlamaq və paltar yumaq kimi məişət işlərində də yardım edir.

Xi dostunu daşımaqdan şikayətlənmir. O, ən yaxın yoldaşını dərsdən dərsə də daşımağa etiraz etmir. Elə Xinin sayəsində Janq bir dəfə də olsun dərs buraxmayıb. Yoldaşlar bir-birinin sayəsində məktəbdə əla qiymətlərlə oxuyur.

Nura

6320298553e8af3692581430162163_27F922AB00000578-0-image-a-4_1429954389337

dost 7457201553e8af382fa61430162163_27F9229B00000578-0-image-a-1_1429954354401




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir