Casusluq — bir dövlətin sirrini, hərbi sirrini və s. məxfi məlumatları digər dövlətə vermək məqsədilə yığmaq və oğurlamaqdan ibarət fəaliyyət sayılır. Həmçinin məlumat sahibinin icazəsi olmadan gizli informasiya əldə etmək əməlidir. Hər hansı bir fərd və ya casus dairəsi (bir işləyən casus qrupu), hökumətə, şirkətə və ya müstəqil əməliyyatın tərkibində casusluq edə bilər.
Tarix boyu casusluq haqqında maraqlı məlumatlar aşkara çıxıb. Bir çox dövlətlərin istifadə etdiyi casuslar yalnızca insanlardan ibarət olmayıb. Casusluq fəaliyyəti göstərənlər arasında xüsusi təlim keçmiş heyvanlar da mövcuddur.
Beləliklə, dövlətlərin böyük silahı olan casuslar haqqında maraqlı faktları təqdim edirik.
1.Bir qədər absurd kimi görünsə də 1960-cı illərdə ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi bir pişiyi casus kimi yetişdirməyə cəhd göstərib. “Acoustic Kitty” adlı layihə üçün ümumilikdə 15 milyon dollar xərclənib. Bu pişiyin qulaqlarına bir dinləmə cihazı yerləşdirib istirahət etmək istəyənlərin yanında oturmağı öyrətməyə çalışıblar. Lakin layihə uğursuz olub.
2.MKİ eyni zamanda 1970-ci illərdə göyərçinləri də casus kimi yetişdirməyə çalışıb.Belə ki, kiçik kameranı göyrəçinin sinəsinə yerləşdiriblər və o uçduğu zaman ərazinin fotolarını çəkiblər.
3.İkinci Dünya müharibəsi zamanı Virginia Hall adlı bir casus taxta protez ayağı ilə hərbi əsirləri nasistlərin əlindən xilas edib.
4.İnqilab müharibəsi zamanı ingilislərə casusluq edən irlandiyalı bir mühacir və dərzi Herkules Mulligan Kral Donanmasında bir admiralın qardaşı oğlu ilə evlənib. Beləliklə, ingilis əsgərləri yırtılmış formalarını təmir etdirmək üçün onun yanına gediblər. Bu şəkildə topladığı məlumatlarla Corc Vaşinqtonun həyatını iki dəfə xilas edib.
5.Elizabeth McIntosh, II Dünya müharibəsi dövründə Strateji Xidmətlər Bürosunda (OSS) çalışıb. Onun işi yaponları çaşdırmaq üçün amerikalılar haqqında saxta xəbərlər yazmaq olub.
6. MKİ 1962-ci ildə Cənubi Afrika kəşfiyyat xidmətinə Nelson Mandelanın olduğu yer barədə məlumat ötürüb və 27 il sonra onun həbs edilməsinə səbəb olub.
7.”Soyuq müharibə” zamanı casusların ələ keçirilməsi halında intihar etmələri üçün eynəklərinin kənarına siyanür həbi yerləşdirilirdi.
8.Rusiyanın “qızıl agenti” adı ilə bilinən Anna Çapman 2000-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş məxfi agenti Edvard Cozef Snoudeni ələ almağa çalışıb. Anna Çapmanın casus olması 2010-cu ildə FBİ tərəfindən aşkar edilib.
9.Əlcəklərdə gizlədilmiş silahlar ən ölümcül casus cihazları arasındadır və hədəfə zərbə vurulduqda avtomatik olaraq işə salınır.
Şərqi Almaniyadakı qadın işçilər sovet agentləri tərəfindən aldadılandan sonra, NATO-nun qərarı ilə ürəyini heç kimə açmamalarına dair ofislərində afişalar asılıb.
10.Robinzon Kruzo romanı ilə tanınan məşhur ingilis yazıçısı Daniel Defoe eyni zamanda İngiltərə hökumətində çalışan bir casus olub. Şotlandiya elitasının etibarını qazanıb və Şotlandiya ilə İngiltərə arasındakı münasibətlərə gizli şəkildə təsir edib.
11. James Bond yazıçısı Ian Fleming, CIA direktoru Allen Dulles ilə dost idi. Maraqlı casus cihazlarının çoxu James Bond romanından sonra ortaya çıxıb.
12.KQB İndoneziya prezidenti Sukarnoya gizli intim görüntülərini göstərdikdə şantaj edildiklərini düşünb, lakin keçmiş prezident bundan heç də narahat olmayıb və KQB əməkdaşlarından kasetin kopyasını istəyib.
13.Stalin Yuqoslaviya prezidenti Josip Broz Titoya sui-qəsd etmək üçün tez-tez casuslar göndərirdi. “Qatili göndərməyinizi dayandırmasanız, birini də Moskvaya mən göndərəcəyəm və başqasını göndərməyim lazım olmayacaq”, – deyə Broz Tito Stalinə məktub yazıb. Tito bir çox cəhdlərə baxmayaraq 30 il ərzində Stalinin casusularından qaçmağı bacarıb.
14.Fransız dramaturq Pyer Bomarşe həyatı boyunca saatsaz, fransız şahzadələrinə musiqi müəllimi və casusluq da daxil olmaqla bir çox iş görüb.
Turan Oruc