Tərkibi:
400 q toyuq əti
300 q göbələk
3 kartof
2 yerkökü
3 duzlu xiyar
4 yumurta
300 q mayonez
duz
Bəzək üçün:
2 kağız “qulaq”
1 zeytun
1 dilim yerkökü
Göyərti (zövqə görə)
Hazırlanması
Toyuq ətini bişirib didin. Göbələk əgər təzədirsə, duzlu suda hazır olanadək bişirin. Əgər konservləşdirilmişdirsə, yaxşıca yuyun. Hazır göbələyi blenderdə xırdalayın. Kartofu və yerkökünü hazır olanadək bişirin, təmizləyib sürtgəcdən keçirin.
Duzlu xiyarı sürtgəcdən keçirin. Yuyulub bişirilmiş yumurtaların ağını və sarısını ayırın, ayrı-ayrı qablara sürtgəcdən keçirin.
Salatı buluda lay-lay düzün. Lap əvvəldən dovşan forması verin: Kartof + mayonez + toyuq əti + mayonez + duzlu xiyar + mayonez + yumurta sarısı + mayonez + yerkökü + mayonez, göbələk + mayonez + yumurtanın ağı. Sonra “dovşan”ın “baş”ına kağızdan düzəltdiyiniz “qulaqları” taxın. Zeytundan “gözlər” və “burun” hazırlayın, “dovşan”ın yan-yörəsinə xırda doğranmış göyərti, məsələn, şüyüd səpin.
Nuş olsun!