boshanma

Dünya belə boşanır

Baxış sayı: 2. 482

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, 6 ayda Azərbaycanda 6 min ailə boşanıb. Ötən il isə Azərbaycanda rəsmi orqanlar tərəfindən 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. 2011-ci illə müqayisədə nikahların sayı 10,1 min və ya 11,3% azalıb, boşanmaların sayı isə 0,4 min və ya 3,6% artıb.

Daha dəqiq desək, ötən il 2011-ci illə müqayisədə nikahlarda 8,8 min azalma, boşanmalarda isə 300 artım olub.

Bəs dünyada vəziyyət necədir?

2010-cu ildə boşanmaların sayına görə siyahıya Rusiya, Belarus və Ukrayna liderlik edib. 2013-cü ildə açıqlanan hesabata görə, boşanan kişilərin sayına görə Dominikan siyahıda birincidir. Daha sonrakı yerdə Latviya və Çexiya qərarlaşır.
Kuba, Kipr, Meksika, Hollandiya, İsveçrədə kənd yerləri ilə müqayisədə şəhərdə yaşayan cütlüklər arasında boşanma faktları daha çox qeydə alınıb.

Amerika evliliyi müqəddəs sayır, Avropa yox… 

“Reuters” Agentliyinin xəbərinə görə, dünyada sayı artan boşanma xəbərləri ilə yanaşı, “Evliliklər ömür boyu davam etməlidir” deyənlərin sayı heç də az deyil. 46 ölkədə 25.000 dərnəkdən bu barədə soruşublar. “Ömür boyu!” deyənlərin faizi 70-dir. 46 ölkə arasında evliliyi sonuna qədər dəstəkləyən ölkə İndoneziya olub.

Qərb dünyasında “kürəyini ailəyə söykəyən” ölkələrin siyahısına ABŞ liderlik edir. Avropa çox da “ailəcanlı” deyil. Orada “uzun illər evli qalmaq dəbdən düşmüş bir ənənədir” fikri hökm sürür. Yunanıstanda da rəyi soruşulanların 74 faizi evliliyi heç də həyatının məqsədi hesab etmir. 100 avropalıdan 77-si bildirir ki, uzun müddət davam edən, sağlam bir münasibət ən azı evlilik qədər mənalıdır.

Avropada ən çox boşanma faizi Belçikadadır. Konkret ölkələr üzrə statistikaya nəzər yetirək:

Belçikada – 75 faiz, Estoniyada 70 faiz, Çexiyada 67 faiz, İsveçdə 54.1 faiz, Almaniyada 52.1 faiz, Fransada 45,7, Hollandiyada 39,7; İspaniyada 20,1, Yunanıstanda 19,6, İtaliyada 15,4, İrlandiyada 12,9 faiz.

İngiltərədə boşanmaq istəyən qadınlardır

Dünyanın ən inkişaf etmiş araşdırma şirkətlərindən olan “Qrant Thomton”un keçən il keçirdiyi araşdırmada çox ilginc nəticələr var.

1. İngiltərədə boşanmaq istəyən tərəf əsasən qadınlardır. Boşanma müraciəti ilə məhkəmələrə üz tutanların 93 faizi qadınlar.
2. Britaniyada kişilərin xəyanəti ucbatından baş verən məhkəmə işlərinin faizi 75-dir. Yəni xəyanət söhbətində kişilər qadınlardan 3 dəfə daha artıq günahkardır.
3. Boşanmaların yüzdə 6-sının səbəbi işqoliklikdir. Belə ki, insanlar işi evdən, ailədən üstün tutduqları üçün boşanmalar baş verir. İşqoliklər isə əsasən kişilərdir.
4. İngiltərədə boşanmaların 40 faizi evliliyin 5-10-cu illəri arasında, 53 faizi isə evliliyin 10-15-ci illəri arasında baş verir. Boşanmalardakı yaş senzi isə qadınlarda 35-45, kişilərdə isə 40-50-dir.

5. İngiltərədə yekunlaşan boşanma nəticəsində qadınlar daha qazanclı olur. 60 faiz qadınlar qazanır, 30 faizində mal varlığı qadınla kişilər arasında bərabər bölüşdürülür. Cəmi 10 faizdə kişilər qazanclı çıxır.

6. Boşanan qadınlar əsasən evi və ev heyvanlarını özünə götürür. Kişilər isə əsasən maşın və varsa, bağ evini götürür.

1. Amerikada da boşanma öz-özlüyündə bir sektor sayılır. Dünyanın ən varlı ölkəsində super zəngin insanlar yüz milyonlarla dollarlıq təzminat ödəmək məcburiyyətində qalırlar.

2. Boşanma vəkillərinə ödənən məbləğ on milyardlarca dollara çatır. Dövlət təkcə boşanan qadınların uşaqları üçün 2003-cü ildə büdcədən 18 milyard dollar yardım ödəyib.

3. Amerikada orta hesabla ilk evlilik yaşı kişilərdə 26,9, qadınlarda isə 25,3-dür. İlk boşanma yaşı isə kişilərdə 30,5, qadınlarda 29-dur. Evliliklər daha çox 7-ci ilində yekunlaşır.

4. Amerikada evliliklərinin 5-ci ilini bayram kimi keçirən cütlüklər 82 faiz təşkil edir. Hər 5 evlilikdən biri 5 il ərzində yekunlaşır. 10-cu ili keçirənlərin faizi isə 65-dir. Hər 2 evlilikdən biri 15-ci ilə çatmadan nöqtələnir. Her 5 evlilikdən 4-ü 35-ci ili görə bilmir.

5. İlk boşanmadan sonra kişilər yenidən evlənmək üçün 3.3 il, qadınlar isə 3.1 il gözləyir. Boşanmış ər-arvaddan ən azı birinin ikinci dəfə evlənməsi faizi isə 43-dür. Boşanma ilə yekunlaşan ikinci evliliklərin faizi təxminən 60 faizdir.

6. Boşanmış cütlüklərin uşaqlarının da gələcəkdə boşanma ehtimalı birgə yaşayan valideynlərin uşaqlarından 50 faiz daha artıqdır.

Birləşmiş Krallıqda maraqlı sistem – özün boşan… 

Birləşmiş Krallıqda yaşayan minlərlə adam vəkillərdən istifadə etmək yerinə yalnız 37 sterlinq ödəyərək kompüterləri, ya da ağıllı telefonları vasitəsilə boşanır. “Özün boşan” deyə adlandırılan və internetdə ağıllı telefonlar vasitəsilə boşanmalarda 12 ay ərzində 50%-lik artım olub. Gələn il ərzində boşanan hər beş cütlükdən birinin internetdən müraciət edəcəyi və ildə ən az 25 min adamın bu yoldan istifadə edəcəyi bildirilir. Ənənəvi boşanma şikayətin 65% qadınlar etsə də internetdə vəziyyət fərqlidir. Statistikaya görə kompüterdən istifadə edərək boşanmaq istəyənlərin 51% kişilər təşkil edir, qadınlar isə 49%-də qalır. Ağıllı telefonlardan istifadə edərək boşananların 65% də kişilər təşkil edir.
Qeyd edək ki, İngiltərədə qəbul olunmuş qaydaya əsasən boşanmaq istəyən cütlüklər məhkəməyə müraciət etmədən, internet vasitəsilə boşana bilirlər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir