Alman biotexnologiya şirkəti “BioNTech”in qurucularından olan türkiyəli professor Uğur Şahin dünyada həyatın gələn qışdan etibarən normallaşa biləcəyini söyləyib.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, məşhur alimin yeni tip koronavirusa qarşı hazırladığı peyvəndin 90 faiz effektiv olduğu üzə çıxıb.
BBC-də “Andrew Marr Şou”da çıxış edən Uğur Şahin bildirib ki, bu qədər təsirli peyvənd virusun insanlar arasındakı yoluxuculuğunu 90 faiz olmasa da, 50 faiz azaldacaq. Professor qeyd edib ki, peyvənd pandemiyanın yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq:
“Hər şey qaydasında olacağı təqdirdə, bu qışın sonunda və ya gələn ilin əvvəlində peyvəndin kütləvi istehsalına başlanacaq. Aprel ayına qədər dünya miqyasında ən az 300 milyon doza istehsal etmək niyyətindəyik. Odur ki, gələn qışda normal həyata qayıda biləcəyik. Lakin peyvəndlənmə proqramının hamısının gələn payızdan əvvəl tamamlanması vacibdir.