ORDU

Dünya ordularının 10 “Dəli məşqi”: “kartof oyunu”, kobra qanı… FOTOLAR

Baxış sayı: 1. 777

Döyüş ruhu, müdafiə qabiliyyəti və ordunun döyüş hazırlığı – bu istənilən dövlətin təhlükəsizliyinin əsas meyarlarıdır. Müxtəlif ordularda bu hədəfə çatmaq üçün müxtəliflər metodlardan istifadə edirlər. Bəzən bunlar inanılmaz və şokedici metodlar olur.

“Gencaile.az” xarici mediaya istinadən dünya orduları və xüsusi təyinatlılarda istifadə olunan 10 “dəli məşq”i təqdim edir.

 

1.Əsl qumbaralarla “kartof oyunu” – Çin ordusu

Söhbət ordu əmrlərin yetirilməsi dəqiqliyini və sürətini artırmaq üçün keçirilən məşqlərdən gedir. Əsgərlər ölümcül təhlükəli olan “qaynar kartof” variasiyasını yerinə yetirir və bir-birinə əsl döyüş qumbaralarını atmalıdırlar.

 

2.Sinəyə atəş – Rusiya xüsusi xidmət orqanları

Bu məşqdə gülləkeçirməyən jilet geyinən Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları bir-birinin sinəsinə atəş açırlar. Sözügedən məşqlər dəhşətli qorxunun öhdəsindən gəlmək üçün keçirilir və ixtisalaşdırılmış təlim kursunun bir hissəsidir. Gülləkeçirməyən jiletlərin mövcudluğuna baxmayaraq, əsgərlər bəzən yaralar alırlar.

 

3.Yanan halqalardan tullanmaq – Çin ordusu

Fotoda alovlu halqadan tullanan əsgər təsvir edilib. Qorxunc sınaqdan keçən zaman onun əlində odlu silah olur. Əsgər adi paltardadır və heç bir qoruyucu örtükdən istifadə olunmayıb. Məqsəd əsgərləri real döyüşdə, eal vəziyyətdə keçirə biləcəyi hisslərə, panikaya, adrenalinə vərdiş etdirməkdir.

 

4.Sualtı məşq – ABŞ Hərbi Dəniz Donanmasının “dəniz pişikləri”

“Dəniz pişikləri”nə məşq zamanı istənilən vəziyyətdə sudan qorxmamağı öyrədirlər. Əlləri və ayaqları bağlanan əsgərlər hovuzun dibinə düşməyə və suyun üzünə qalxmağa, üzməyə məcbur edilirlər. Məşqlərin çətinliyi ondan ibarətdir ki, təlimatçılar döyüş şəraitini təqlid edərək vaxtaşırı əsgərlərə hücum edir və onları batırmağa çalışırlar.

 

5.Kərpiclərin başla sındırılması – Cənubi Koreya və Çin əsgərləri

Qoşunu birləşdirmək üçün orkestrlər və marşlardan tez-tez istifadə edirlər. Amma Çin hərbçiləri fərqlənirlər. Onların əsgərləri kürəklərində bambuk çubuqlarının qırılması, başlarında isə kərpiclərin sındırılması ilə məşhur olublar.

 

6. Kobranın qanından qida kimi istifadə – Amerika dəniz piyadaçıları

Kobranın qanını içmək və toyuqların başlarını dişləri ilə qopartmaq Amerika dəniz piyadaçılarının məşqlərinin bir hissəsidir. Bunu 2014-cü ildə keçirilən “Cobra Gold” təlimləri zamanı da görmək mümkün idi. Təlimlərdə Tailand, ABŞ, Sinqapur, İndoneziya, Yaponiya, Cənubi Koreya və Malayziyadan təxminən 13 min əsgər iştirak edirdi. Təlimlər Tailandda keçirilirdi.

 

7.Odun üzərində tarazlıq – Belarus xüsusi təyinatlıları

Belarus Daxili İşlər Nazirliyinin elit bölməsinə daxil olmağı arzu edənlər mürəkkəb sınaqlar seriyasından keçməlidir. Onlar bir sıra mürəkkəb sınaqlarla yanaşı, altında od olan tirin üzəri ilə qaçmalıdır. Amma işi çətinləşdirmək və onu tirin üzərindən salmaq üçün təlimatçılar avtomobil şinləri atır, həmçinin atəş açırlar.

 

8.Göydələnlərdən tullanmaq və qayalara dırmaşmaq – İsrail ordusu

Terrorçuların göydələnlərdə girovları tutma ehtimalını nəzərə alan İsrail ordusunun terrorçuluğa qarşı bölməsi məşqlər keçirir. Əsgərlər Təl-Əvivdə ən yüksək binalardan tullanır və onun divarları ilə aşağı enirlər.

 

9. Daşlar üzəri ilə sürünmək – Tayvan dəniz piyadaçıları

“Cənnətə yol” Tayvanda dəniz piyada qoşununun hazırlığı çərçivəsində keçirilən intensiv proqramın son mərhələsidir. Əsgərlər çılpaq bədənlə və əllərinin köməyi olmadan, hamar olmayan daşların üzəri ilə 50 metrlik məsafəni sürünərək keçirlər.

 

10. Tüstünün içərisində atlarla hərəkət etmək – Hollandiya Kral Qvardiyası

Əsgərlər tez-tez xahiş edirlər ki, onlara heyvanlarla məşq keçsinlər. Hollandiya Kral Qvardiyasının döyüşçüləri tüstünün içərisi ilə atları çapırlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir