Hansı sahədə olmaqdan asılı olmayaraq, olduğunuz yerdə peşəkar olmağın yolu, ilk əvvəl qismən də olsa fanatiklikdən keçir. Peşəsinə, ixtisasına aşiq olan şəxs uğurun ilk pilləsini qalxmışdır. Ruminiyalı fotoqraf Mixael Norok (Michaela Noroc) da məhz öz sahəsini sevdiyi üçün öz xəyallarının arxasınca getməyi üstün tutaraq, öz karyerasını yarıda qoyaraq həyatında yeni səhifə açmaq qərarına gəlir. Fotoaparatını və çantasını alaraq dünya səyahətinə çıxaraq, yüzlərlə qadını olduqları mühitdə təbii halları ilə fotolarda əbədiləşdirərək dünyaya tanıdır. Beləliklə “Gözəlliyin atlası” (The Atlas Of Beauty) yarandı, hansı ki 37 ölkədə artıq bu layihə tanınmaqdadır.
“Bugün mən əminliklə deyə bilərəm ki, Gözəllik hər yerdədir. Ən əsası gözəllik nə kosmetik vasitələr vasitəsilə, nə də geyimlə ölçülmür. Gözəllik özün kimi olmağı bacarmaqdır”- Mixael Norok.