Qala Borzova Ksenya SobMçak, Tina Kandelaki, Qlükoza, Svetlana Bondarçuk, Renata Litvinova və başqa ulduzları geyindirən məşhur stilistlərdən biridir.
Məşhur stilist modapərəstlər üçün dəbli görünməyin 10 sirrini açıb. Gəlin dəbli olmağın sirlərini dünya şöhrətli moda ekspertinin dilindən öyrənək…
Yerinə görə geyinin
Dəbli və zövqlü olmaq istəyirsinizsə, həmişə geyim kodunun əsas normalarına əməl edin. Məsələn, qışda bir gecə klubunda donan bir qız və ya səhər yeməyinə qara donla hündürdaban ayaqqabılarda gələn bir qız. Bu paradoks həmişə çox qəribə görünür və bu qayda üçün heç bir istisna yoxdur.
Üslub trendlərdən daha qiymətlidir
Küçə ilə gedərkən onlarla eyni tərzdə geyinən qızlarla qarşılaşıram. Problem ondadır ki, çoxları əsas tendensiyaları və cərəyanları qarışdırır: ağ cinslər, enli obodoklar və mat saç sancaqları. Hər zaman individuallıq axtarışındayam. İlklər həmişə üzərinə trendləri əlavə edə biləcəyiniz şəxsi üstünlüklərdir. İzdihamla birləşməyə ehtiyac yoxdur. Hər kəs kimi olmaq lazım deyil.
Bər-bəzəkli olmaqdan qorxmayın
Bu qayda birinciyə zidd görünə bilər. Yalnız yaxşı əhval-ruhiyyədəsinizsə və ya xüsusi əhəmiyyətli bir gündürsə, bəzənməkdən qorxmayın və restoranın ən gözəl qızı siz olun. Dəbdəbəli olun, amma hər ehtimala qarşı həmişə elə geyinin ki, gülünc görünmək riskləri sıfıra ensin.
Paltarların dəyərini ancaq siz bilirsiniz
Lüks və mass-market geyimlərinin qiymətləri arasındakı fərq (əgər biz “Tom Ford”un mürəkkəb kəsimi barədə danışmırıqsa) əhəmiyyətsizdir. Bir çox lüks və əlçatan markaların geyimləri, modelləri, dizaynı və fasonu arasındakı fərq yalnız qiymətə aiddir. Və bu, sizə əminlik verməlidir. Paltarın qiyməti haqqında düşünməməyi və bütün fikirləri özünün dəyərli olmağına köklənməyi tövsiyə edirəm. Yadda saxlayın ki, paltarı qiymətli edən sizsiniz. Heç kim və ya heç nə sizdən daha dəyərli ola bilməz.
Əgər hündürdaban geyinə bilirsinzisə, geyinin
Qadınların təxminən 60 faizi müxtəlif səbəblərdən dolayı hündürdaban ayaqqabı geyinə bilmir. Əgər ciddi arqumentiniz yoxdursa, özünüzü 60 faizdən fərqlənmək zövqündən məhrum etməyin.
Sadəcə konkret günlərdə şıq və dəbli olmaq mümkün deyil
Stil həyat tərzidir. Hər fürsətdə dəbli olmaq mümkündür. Əgər özünəməxsus stilin varsa, onda hər yerdə – həm evdə, həm səhər yeməyində, həm Afrika çöllərində, həm də Yaponiyada dəbli və zövqlü olacaqsan.
Ayaqqabı əsasdır
Dəsti düzgün formalaşdırmaq hər zaman ayaqqabıdan başlayır. Ayaqqabı komfort, sənin rahatlığın, işin keyfiyyəti, yerinə yetirə bildiyin işin məhsuldarlığı və özünəgüvəndir. Narahat ayaqqabıda özünə tam əmin olmaq mümkün deyil.
Trendlər təkrar olunur
Hər yeni – unudulmuş yaxşı köhnə şeylərdir. Dəb dövridir və trendlər qibtə oyadan müntəzəmliklə təkrarlanır, odur ki, trendləri öyrənmək, araşdırmaq və keçən illərin köhnəlmiş ən yaxşı paltarlarını saxlamaq çox əhəmiyyətlidir, onlar hələ sizə çox lazım olacaq.
Geyim özünüifadə vasitəsi kimi
Geyim haqqınızda sadəcə başqalarına mesaj ötürmür, həm də özünüifadə vasitəsidir. Odur ki, həmişə özünü dinləmək və individuallığınızı vurğulayan geyim seçmək lazımdır.
Dəriyə uyğun rəng tipləri yoxdur
Bu mövzu barədə çoxlu sayda sübutlarım var.