Bu gün milyonlar qazanan dünya ulduzları bir zamanlar sıradan sadə insanlar kimi aylıq gəlir qarşılığında işləyiblər. İnanmayacaqsız, amma, həsəd apardığınız hollivud ulduzları bir vaxtlar qələm satıb, toyuq qovalamaqla, otellərdə çamadan daşımaqla bu günlərə gəlib çıxıblar. Ona görə, heç vaxt ümidinizi itirməyin. Siz də gələcəyin dünya ulduzlarından biri ola bilərsiz.
“Gencaile.az” dünya ulduzlarının məşhurluqdan əvvəlki peşələri haqqında maraqlı faktları təqdim edir:
Dünya şöhrətli müğənni Beyons məşhur olmazdan əvvəl anasının gözəllik salonunda 5-10 manat qarşılığında saç ustası kimi fəaliyyət göstərib.
Amerikanın məşhur komediya ulduzu Cim Kerri ABŞ-da fəaliyyət göstərən fabriklərdən birində xadimə (təmizlikçi) işləyib.
“Friends” serialının gözəl və cazibədar aktrisası Cenifer Aninston ulduz olmazdan əvvəl operator işləyib.
Hollivudun məşhur simalarından biri Hyu Cekman universitetdə idman müəllimi işləyib.
Gözəllər gözəli Eva Mendes şöhrət qazanmazdan əvvəl küçələrdə səyyar satıcı olub. O, kolbasalı sendviçlər sataraq dolanırdı.
Dünyanın ən zəngin müğənniləri sırasında yer alan Teylor Svift bir vaxtlar ailəsinə yardımçı olmaq üçün mağazada yolka ağacı satıb.
Conni Depp məşhur olmadan əvvəl internetdə qələm satırdı.
Hüquq fakültəsindən məzun olan Cerar Batler hüquqşünas kimi iş tapmadığı üçün reklam agentliyinə müraciət edərək aktyor olmaq istədiyini bildirib.
Milyonlarla dinləyici kütləsi olan gözəl müğənni Niki Minaj və aktrisa Ami Adams şəhər kafelərində ofisiantlıq edib.
Qven Stefani isə səhnəyə gəlməzdən öncə kassir olub. O vaxtı da, indi də dəyişməz olan tək şey pul içində üzməsi olub.
Məşhur reper Kanye Vest mağazada gündəlik maaşa işləyən satıcı olub.
Məşhur reper Fetti Vap yük daşıma şirkətində fəhləlik edib.
Miley Krus atasının konsertlərində səhnəyə atılan alt paltarlarını toplayırmış.
“Friends” serialı ilə məşhur olan aktyorlardan biri Matt Le Blankın ilk peşəsi dülgərlik olub. O, müsahibələrindən birində, ilk əl işini hələ də saxladığını qeyd edib.
Məşhur filmlərdən biri olan “Notebook”-un ulduz simalarından Rakhel Makadamsa fast-food restoranlarında xidmətçi işləyib.
Məşhur aktyor Tom Kruz qadınların sevimlisi olmazdan əvvəl otellərdə müştəriləri qarşılayıb, çamadanlarını daşıyaraq dolanışığını təmin edirdi.
Yaraşıqlı aktyor Bred Pitt isə toyuq libası geyinərək restoranlara gələn müştərilərin uşaqlarını əyləndirirdi.