yeni il

Dünyada maraqlı Yeni il adətləri

Baxış sayı: 1. 475

Dünyanın müxtəlif ölkələrində Yeni İli müxtəlif ənənələrlə qarşılayırlar. Bəziləri biryerdə əylənir, bəziləri çoxlu yemək yeyir, bəziləri də, müxtəlif oyunlar təşkil edir. Bu maraqlı adətləri sizə təqdim edirik:

ABŞ Bu ölkədə müxtəlif millətlərə məxsus insanlar yaşadığından adətlər müxtəlifdir. Yeni İli evdə qeyd edənlər hind toyuğu bişirir və şərab içirlər. Qəribəsi budur ki, ABŞ-da Yeni İl idman müsabiqəsi kimi də qeyd olunur. Adətən, bu günlərdə Amerikada futbol oyunları təşkil edilir. Bir çox insanlar həmin gecəni oyuna baxmaqla keçirir.

Çin – Çində Yeni İli baraban çalaraq qarşılayırlar. Bununla da, pis ruhları evdən uzaqlaşdırdıqlarını düşünürlər. Eyni zamanda qrup şəklində əjdaha rəqsi edilir. Bu gün insanlar bir-birinə qonaq gedir və qırmızı zərfdə pul hədiyyə edirlər və bunun qarşı tərəfə uğur gətirəcəyini düşünürlər.

Fransa – Fransada Yeni İldə böyük əyləncələr təşkil edilir. İnsanlar bir yerə toplaşaraq əylənir, və bu günü həm də bütünləşmək kimi qəbul edir. Hətta başqa ölkələrdə yaşayan fransızlar da, bir yerə toplaşıb bu əyləncəni təşkil edirlər.

Danimarka– Danimarkada insanlar il boyunca bütün qırılmış boşqablarını saxlayırlar. Yeni İl gecəsi həmin boşqabları qapının ağzına qoyurlar. Nə qədər çox boşqab olarsa, bu, o qədər çox dostun evə gələcəyi deməkdir. Saat 00:00 olanda bir stul üzərinə çıxıb tullanırlar.

İspanya – İspanlar gec yemək yeməyi sevdiklərindən, Yeni İl gecəsini də ləzzətli yeməklər yeyib, fərqli içkilər içməklə keçirirlər. 31 dekabr 00:00-da 12 ədəd üzüm yeyirlər. Bununla, yeni ilin uğur gətirəcəyinə inanırlar

İsveçrə – Bu ölkədə insanlar bayram günü bir-birilərinə hədiyyə verirlər. Az qala, bütün günü əllərində hədiyyə ilə gəzirlər. Ən çox verilən hədiyyə isə viskidir.

Belarus– Bu ölkədə əsas Yeni İl inancı evlənmək üzərinə qurulub. Belə ki, Yeni İl gecəsi evlənməmiş qızlar qarğıdalı dənlərini eyni vaxtda isti tavanın üzərinə qoyurlar. Kimin dəni daha tez partlasa, bu onun daha tez ailə quracağına işarədir.

Estoniya– Bu ölkədə kişilər ilin son günü 7 dəfə yemək yeyirlər. Bununla da yeni ildə 7 dəfə daha güclü olacaqlarına inanırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir