n

Dünyada yeni bəla: Gəncləri zombiyə çevirən narkotik maddə

Baxış sayı: 1. 627

“Flakka” adlı yeni sintetik narkotik maddənin yayılması ilə bağlı bir çox ölkələr həyəcan təbili çalır. Dünyada sürətlə yayılan bu narkotik maddə Alpha-PDP kimyəvi maddələrinin birləşməsindən hazırlanır. İri duz kristalına bənzəyən Flakka artıq Türkiyəyə də gəlib çatıb. Olduqca ucuz qiymətə satılan bu narkotik maddəni qəbul edən insanlar adətən zombini xatırladır. Anlaqsız vəziyyətdə olan insan başqalarına zərər verməyə meyilli olur. Başqalarına zərər verməklə yanaşı, bu maddəni qəbul edən şəxs özündən asılı olmayaraq intihara da meyilli olur.

Bu narkotik maddənin ucbatından son bir il ərzində xeyli sayda cinayətlər baş verib. İlk olaraq ABŞ-da bir gənc bu maddənin təsiri atında iki həmyaşıdını faciəvi şəkildə öldürdü. Daha sonra 2012-ci ildə 19 yaşlı bir gənc yeni evlənmiş bir cütlüyü öldürərək onların üzlərinin dərisini soyaraq yemişdi. Hadisə yerinə gələn polislərdə gördüklərindən şoka düşmüşdülər.

Картинки по запросу florida state student eats face

Anormal davranışlar sərgiləyən gənc, hadisə vaxtı polislərə də hücum etməkdən çəkinməmişdi. Xeyli müqavimətdən sonra dörd polis bu gənci zərərsizləşdirə bilmişdi. Qatilin polis bölməsinə gətirilib sorğu-sual edilməsi zamanı o, öldürdüyü adamları tanımadığını və onları niyə öldürdüyünü bilmədiyini demişdi. Həkimlər gənci test edəndən sonra bədənində bu maddənin heç bir izinə rastlanmadığını bildirmişdilər. Lakin həkimlər gəncin “Flakka” adlı maddədən istifadə etdiyini israrla qeyd edirdilər.

Son bir ildə daha çox Braziliyada rast gəlinən bu narkotik maddə xeyli sayda gəncin həyatını məhv edib.

Olay sonrasında gelen bilgiler ışığında, katil zanlısı ve maktullerin birbirini tanımadığı belirtildi.

Gənclərin həyatını məhv edən “Flakka” haqqında məlumatlar: 2011-ci ildə ABŞ-ın Florida ştatında meydana çıxan Flakka adlı bu narkotik Alpha-PVP adlı kimyəvi maddələrdən hazırlanır. Bu maddəni qəbul edən insanın bədənində yüksək hərarət olur və dopamini aşağı salır. Beyin funksiyaları sıradan çıxır və insan anlaqsız vəziyyətə düşür. Görünüşü duza bənzəyən Flakkanın istifadəsi digər narkotik maddələr kimidir. Bu maddəni qəbul edən insanın ilk olaraq ürək döyüntüləri sürətlə artmağa başlayır, daha sonra özünü bir qəhrəman kimi hiss etməyə başlayır və özünü idarəetmə qabiliyyəti sıradan çıxır.

Картинки по запросу flakka droga

Sosial şəbəklərdə də olduqca geniş müzakirələrə səbəb olan bu narkotik maddənin gəncləri nə hala salmasını sübut edən video görüntülər də paylaşılır. Qardaş ölkə Türkiyədə də son zamanlar geniş yayılan bu bəlanın qarşısını almaq üçün mübarizə aparılır. İlk olaraq Türkiyədə 2012-ci ildə bu narkotik vasitənin təsirində olan bir gənc İstanbulun Taksim meydanındakı Atatürkün abidəsinin üzərinə çıxaraq özünü aşağı atmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir