Ufa həkimləri uzunömürlü olmağın 10 sirrini açıqlayıblar. Onlar bu barədə “UfaTime”a danışıblar.
“Belinizdəki yağ miqdarını azaldın və həmçinin əzələ kütləsini artırın. Pəhrizinizdə tərəvəz və meyvələrin miqdarını artırın (gündə ən azı 400 qram). Hər yeməkdə zülallı qidalar yeyin: bunlar kəsmik, ət, balıq, süd, yumurta, quş əti ola bilər”, – deyə həkimlər bildiriblər.
Mütəxəssislər həmçinin pəhrizə sağlam yağlar (fındıq və ya təmizlənməmiş bitki yağı) və omeqa-3 yağ turşuları ilə zəngin qidaları (məsələn, balıq) əlavə etməyi məsləhət görürlər.
Eyni zamanda, mütəxəssislər pəhrizdə ağ qidaların – ağ düyü, un və çörək məhsulları, irmik və xüsusilə də şəkərin miqdarını məhdudlaşdırmağı məsləhət görüblər. Bundan əlavə, onlar insanları D vitamini səviyyələrinə nəzarət etməyə, daha çox hərəkət etməyə və müsbət sosial əlaqələri qorumağa çağırıblar.
Adəm