“FotoTURist”-in budəfəki şəhəri Macarıstanın paytaxtı Budapeşt şəhəridir.
Budapeşt 1873-cü ildə Dunay çayının şərqində yerləşən Peşt, qərbində yerləşən Buda və Obuda şəhərlərin birləşməsindən yaranıb.
Bu səliqəli, özünəməxsus memarlıq üslubuna malik şəhər macar krallarının ruhunu özündə saxlayır.
Təqdim etdiyimiz fotosessiyada daha çox şəhərin memarlıq üslubu ön plana çıxır.
(Fotolar Ramiz Əliyevindir)