teyyare

Dünyanı heyrətə salanlar: təyyarə yeyən fransız, uçan yunanıstanlı və digərləri…

Baxış sayı: 1. 536

Bir çox elm adamları iddia edir ki, insan öz vücudunun yalnız 10 faizindən istifadə edir. Bu həm insan bədəninə, həm də beyninə aiddir.

Amma elə insanlar var ki, beyinlərindən tam gücü ilə istifadə edə bilirlər.

 

Təyyarə yeyən adam

Məsələn, Vul adlı britaniyalı həkim öz pasiyentinə poçtla məktub göndərirdi. Məktubda cəmi bir söz olurdu: “yat”. Maraqlıdır ki, pasiyent həmin məktubu oxuyan kimi yuxuya gedirdi.

Fransadan olan estrada artisti Mişel Lotitonun isə başqa “istedad”ı vardı. Bu adam gördüyü nə varsa, yeyə bilirdi. Hələ uşaq vaxtı evlərindəki televizoru yemişdi. Yeniyetmə yaşlarında isə kütlənin qarşısında çıxış edərək metal, rezin, şüşə ilə qidalanaraq hamını heyrətləndirirdi.

Mişel 2 il ərzində uçuş təyyarəsini tam yediyinə görə Ginessin Rekordlar Kitabına düşdü.

 

Aslanlarla qəfəsdə…

Bioloq K. Riçardson zooparkda aslanların qəfəsinə girərək orada rahat gecələyirdi. Elmə məlum olmayan səbəblərdən aslanlar onu özlərininki kimi qəbul edirək dəymirdilər.

Vyetnamlı Tay Nkok isə 1973-cü ildən bəri yatmır. Həmin il o, sətəlcəm xəstəliyinə tutulmuşdu. Sonradan sağalsa da, yuxuya getmək qabiliyyətini tam itirib. Ən qəribəsi isə odur ki, yuxusuzluq onun orqanizminə zərər vurmur.

1968-ci ildə Meksikada keçirilən Olimpiya Oyunlarında Robert Bimon uzağa tullanmaq üzrə dünya rekordu qırdı – 9 metr. Hələ indiyədək olimpiadalarda bu rekordu qıran olmayıb.

Lakin antik dövrlərdən qalan əlyazmalarda deyilir ki, eramızdan əvvəl 500-cü ildə Qədim Yunanıstanda keçirilən olimpiadada Fail adlı atlet 17 metr uzağa tullanmışdı. Qədim dünyanın atletləri indikindən 2 dəfə uzağa tullana bilirmişlər.

 

Burnu ilə görən qız…

Məşhur psixoloq və nevropatoloq Çezare Lambrozo elm aləmində ən titullu alimlərdən sayılır. O , “Ölümdən sonra nə olacaq” əsərində maraqlı bir hadisədən yazır.

Lomrozonun yanına bir dəfə 14 yaşlı qızı gətirirlər. Yeniyetmə bədbəxt hadisə nəticəsində kor olmuşdu. Amma az keçmiş qızın görmə qabiliyyəti bərpa olunmuşdu. İnanmayacaqsınız, amma qız gözləri ilə yox, burnu və qulaqlarının sırğalıq yeri ilə görürdü.

Eksperiment üçün qızın gözləri qara sarğı ilə tam bağlanır. O yenə də əlindəki kitabı oxuya bilirdi. Bu zaman Lombrozo onun qulaqlarına gur işıq yaxınlaşdırdı. Qız gözlərini qırpıb yumdu. Həmçinin o, barmaqlarımı qızın burnuna yaxınlaşdırdıqda diksinib geri çəkilirdi.

Qəribəliklər bununla bitmədi. Naşatır spirtini qızın burnuna yaxınlaşdırdıqda o, heç bir reaksiya vermədi. Naşatır spirtini qızın çənəsinə yaxınlaşdırdıqda dik atılıb, üz-gözünü əydi. Sən demə, qız iyləri çənəsi ilə hiss edirmiş.

Bədbəxt hadisə nəticəsində qızın orqanları tamamilə yerlərini dəyişmişdilər.

Hindistan yoqaları da öz bədənlərini tam kontrolda saxlaya bilirlər. Ən təəccüblüsü odur ki, onlar öz ürəklərinin döyüntüsünü azaldıb ölüm halına düşə bilirlər. Bu zaman tənəffüs zəifləyir. Bir çox orqanlar öz fəaliyyətini dayandırır. Yoqalar bu vəziyyətdə uzun zaman qala, sonra ölüm vəziyyətindən çıxa bilirlər.

Görəsən, insan daha nələri etməyə qadirdir, orqanizmimizin kəşf edilməmiş hələ nə qədər xüsusiyyətləri var?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir