qida

“Dünyanı xilas emtək istəyirsənsə, gündə cəmi 43 qram ət ye” – “Der Spiegel”

Baxış sayı: 1. 383

Almaniyanın “Der Spiegel” qəzeti dünyanın ekoloji fəlakətdən qurtulması mövzusunda maraqlı yazı dərc edib.

“Gencaile.az” xəbər verir ki, Yuliya Keppenin qələmindən çıxan məqalədə insanların hazırkı qida adətlərinin sağlamlıqları ilə bərabər Yer kürəsini də təhdid etdiyi qeyd olunub.

“Hazırda dünyada 3 milyard insan yarımçıq qidalanır. Bu, Yer əhalisinin 40%-dir. 820 milyon insan aclıq təhlükəsindədir. 2,2 milyard isə artıq çəki və piylənmədən əziyyət çəkir”, öncə yazıda statistikadan örnək gətirilib.

Müəllif artıq çəkinin qlobal prolem olaraq ürək-damar, şəkər və xərçəng xəstəlikləri riskini artırdığını bidirir.

“Eyni zamanda 16 ölkədən 37 ekspertin hesablamalarına görə, qida ərzaqlarının istehsalı üçün Yer səthinin 40%, şirin suların isə 70%-dən istifadə olunur. Bütün bunlar havaya atılan zəhərli qazların 30%-ni təşkil edir”, – deyə məqalədə “The Lancet” elmi jurnalından sitat göstərilib.
Y.Keppenin fikrincə, alimlər insanları öz qidalarını təbiəti korlamamaq naminə düzəltməyi məsləhət görürlər. Lakin bunun üçün xeyli səy göstərilməlidir.

Belə ki, araşdırmaçılar ət və şəkər istehlakını 2 dəfə azaltmağı təklif edirlər. Meyvə və tərəvəz kimi sağlam qidaları isə əksinə, artırmaq lazımdır.

Ekspertlər hətta sağlam bədən və ətraf mühitin qorunması üçün günlük xüsusi menyu tərtib ediblər. Buna görə, 7 qram dana, qoyun və ya donuz əti, 29 qram quş əti, 28 qram balıq əti, 13 qram yumurta, 30 qram şəkər, 550 qram meyvə və tərəvəz, 230 qram düyü, buğda və ya qarğıdalı kimi taxıl məhsulları, 125 qram süd məhsulları, 50 qram yağ və piydən istifadə olunmalıdır.

“Əlbəttə heç kim gündə 7 qram ət yeyən deyil. Lakin bu menyu göstərir ki, nahara şnitsel və kolbasa ilə buterbrod həddən artıq çoxdur”, deyə Keppe vurğulayır.

Müəllifin fikrincə, qida tullantılarının azaldılması da olduqca vacibdir.

Almaniyanın Ərzaq və kənd təsərrüfatı nazirliyinin məlumatına görə, ölkənin bir vətəndaşı ildə 55 kiloqram ərzağı zibilə atır. Sənaye də nəzərə alındıqda qida tullantılaırnı ümumi həcmi ildə 11 milyon tona gəlib çıxır.

“Təklif olunan strategiya məqsədyönlüdürmü? Kil şəhərində fəaliyyət göstərən Dünya iqtisadiyyatı institunuun ekspert Fransiska Şüneman insanları başqa cür qidalanmağa öyrətməyin çətin olduğunu deyir.

“Qida çox, amma çox emosional bir şeydir”,- deyə məqalənin sonunda qeyd olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir