Hansı fəsil olmasından asılı olmayaraq dünya əhalisi əylənir, restoranlara, əyləncə mərkəzlərinə axışır. Amma bu günlərdə insanları daha çox qeyri-adiliyi ilə fərqlənən məkanlar cəlb edir. Biz azərbaycanlılar üçün fərqli restoran anlayışı yoxdur, təəssüf ki. Bənzər format, eyni təqdimat, aşağı-yuxarı eyni menyu… Uzaqbaşı bir əcnəbini restoranlarımızdakı kabinet sistemi ilə təəccübləndirə bilərik. Amma dünya restoranlarında fərqlilik adına hər gün o qədər yeni icadlar edilir ki…
Dünyanın ən qəribə restoranları… deyə axtarış verəndə qarşımıza bu qəribə məlumatlar çıxdı. Onları sizin də nəzərinizə çatdıraq:
QISA YUBKA GEYİN, HAVAYI YEYİB-İÇ….
Çindəki bir restoran həyata keçirdiyi promoşn tədbirlə qadın müştərilərin qapının ağzında sıraya düzülməsinə səbəb olub. Jinan şəhərindəki bu restoran müştərilərinin mini yubkasının uzunluğuna görə endirim edir. Restorana gələn qadın müştərilərin yubka uzunluğu ölçülür, ona görə endirimin məbləği müəyyənləşdirilir. Dizin 8 santimetr üstündə yubka geyinənlər 20 faiz endirim alırlar. Dizinin 33 santimetr üstündə yubka geyinən qadınlar isə az qala havayı yeyib-içə bilir, çünki bu halda endirim 90 faizdir.
“Başqasının hesabını ödə -Kafe”: Bu da ilginc konsept sayılır. Belə ki, bu kafenin başqa adı da “Bir yaxşılıq et – Kafe” adlanır. Cənubi Karolinadakı bu kafedə adından da başa düşdüyünüz kimi hər hansı başqa birinin hesabını ödəməsi üzərinəqurulu bir sistem var. Əlbəttə, pulunuz varsa… Əgər yoxdursa o zaman başqa biri sizə yaxşılıq edir, hesabınızı ödəyir. Açılandan sonra bir anda 12 min nəfərin ziyarət etdiyi həmin kafedə zaman-zaman izdihamlar da yaşayıb. Ardınca isə bu konseptdə olan kafelər dünyanın bir çox bölgələrində fəaliyyət göstərməyə davam edib. Ona görə də çox diqqət çəkməyib.
“Ayaqlarla – Kafe”: Çilidə açılan bu kafedə ofisiant qadınlar cəlbedici qiyafələr geyinməklə müştəri axınına səbəb olurlar. Daha doğrusu, onların bir qayda olaraq geyindiyi super mini yubkalar və hündürdaban ayaqqabılar olduqca cəlbedici görünür. Bura gələnlər isə bir qayda olaraq varlı iş adamlarıdır. Sözügedən kafedə ancaq kofe servisi edilir. Santyaqoda fəaliyyət göstərən bu kafe olduqca populyardır.
BURADA İSƏ HƏM YEMƏK VERİRLƏR, HƏM DƏ MASAJ EDİRLƏR
“Qadın xidmətçi – Kafe”: Kişilərə yönəlik bir kafenin konsepti isə əsasən xidmətçi qiyafəsi geyinən qarsonlardan ibarətdir. Yaponiyada olduqca populyar olan bu kafenin yaranma tarixi 2001-ci ildir. Tokio Akihabarada fəaliyyətə başlayan qadın xidmətçisi kafesinin daha sonra Çin, Cənubi Koreya, Tayvand, Avstraliya, Macarıstan, Çexiya, Fransa, Meksika, Kanada və ABŞ-da da filialları açılıb. Bu kafenin konseptinə bağlı olaraq servis edilərkən tətbiq olunan bəzi ayinlər də var.
Məsələn, qarsonlar kofe, krem və ya şəkər servisi edərkən müştərilərin önündə diz çökürlər. Hətta qarsonlar bəzi özəl müştərilərə, xüsusən də bahalı kofe sifariş etmiş şəxslərə içkini qaşıqla içirə bilir. Boyun, kürək, çiyin masajı isə ekstra məbləğə daxildir. Müştərilərin qarsonlarla kart və ya video oyunu oynaması üçün də əlavə pul ödəməsi lazımdır.
ZƏLZƏLƏDƏ YEMƏK “KEFİ”…
“Zəlzələ-kafe”: Normal şərtlər daxilində 7.8 bal gücündə bir zəlzələ yemək yediyiniz vaxt baş tutsa, çoxunuz yeməyi-filanı atıb, canını qurtararaq sürətlə hərəkətə keçəcək, buna şübhə yoxdur. Amma İspaniyada Lloret de Marda yerləşən “Fəlakət – kafe”də bu şiddətdəki zəlzələni daima yaşaya bilərsiniz. Çünki kafenin konsepsiyası bundan ibarətdir.
Belə ki, burada ideya zəlzələ baş verərkən qidalanmaq üzərinə qurulub. Tək görəcəyiniz iş isə yemək yediyiniz zaman müvazinəti saxlamaq və içkinizin dağılmaması üçün dua etməkdir Maraqlıdır ki, kafenin girişində də içəridə nələr olacağı barədə hər hansı xəbərdarlıq yoxdur. Bir liftlə gedilən restoranın içi isə mağaraya bənzəyir. Amma içəri girdiyiniz zaman qarsonların geyindiyi inşaat kepkalarını görəndə bir azdan nələr ola biləcəyi ilə bağlı fikriniz də yaranır. Bundan başqa, sifarişinizi içinə qoyduqları boşqabların güllə kimi olması da bir işarətdir. Onsuz da yeməyə başladığınız zaman olan olur. 7.8 bal gücündə bir zəlzələ, yanıb-sönən işıqlar, qışqıran qadın qarsonlar, restoranda ordan-ora sürüşən masalar, stullar… Və həmin vaxt görürsünüz ki, boşqablarınız masaya bərkidilib. Zəlzələ effektini verən xüsusi aparat isə restoranın aşağısında qurulub.
KİM YEMƏK ZAMANI DANIŞSA, RESTORANDAN QOVULACAQ
ABŞ-ın Nyu-York şəhərində gurultulu yerlərdə yemək yeməkdən nifrət edənlər üçün “səssiz restoran” açılıb. Bruklindəki “Eat” adlı restoranda axşam yeməyi yeyən zaman danışmaq qadağandır. Yeməyə başlamadan öncə menyunu seçirsiniz. Allergiyanız varsa, əvvəlcədən deyirsiniz və yemək müddətində də heç danışmırsınız. Kimsə danışırsa, susmadan dayana bilmirsə, onu dərhal restorandan çıxarırlar. Aşbaz Nikolas Nauman bildirib ki, buddistlərin arasında yaşadığı zaman səssiz səhər yeməklərindən çox təsirlənib və bunu axşam yeməklərində tətbiq edib: “İş gününün ağırlığından yorulanlar üçün bu, ideal məkan oldu. Onlar sakitliyi sevirlər və restoranda tam səssizlik hökm sürür”.
Daha bir əcaib restoran isə “-s Baggers” adlanır və onun əcaibliyi də içində qarsonların olmaması ilə bağlıdır. Restoranın ən böyük özəlliyi tamamən avtomatik olmasıdır. Sifarişlər elektronik aurada alınır. Yuxarıda aşpazlar tərəfindən hazırlanan sifarişlər sürüşmə mexanizmi ilə aşağıdakı masalara servis edilir.
Bu restoranda isə yeməkləri ninja qiyafəli ofisiantlar servis edir. Sözügedən restoran da Yaponiyada yerləşir və dünyada xeyli məşhurdur.