Bahalı və ektrovaqant avtomobil sevənlər üçün Yeni il hədiyyəsi olaraq dünyanın ən qiymətli maşınlarının siyahısını hazırlamışıq. 40 milyon qiyməti olan “Bugatti Type 57SC” düyada ən bahalı maşını hesab edilir.
Müasir dövrün istehsalçıları siyahısına 11 000 000 dollarlıq “Ueli Anliker McLaren SLR 999 Red Gold Dream” maşını başçılıq edir. Bu avtomobil Ərəb biznesmeni üçün yeganə olaraq hazırlanıb.
Beləliklə ilk onluğu sizə təqdim edirik:
1. McLaren X-1 Concept qiyməti 5 000 000 dollar dəyərində. Avtomobilin maksimal sürrəti 330 km\s.
2. Ferrari SP12 EC qiyməti 4 750 000 dollar. Avtomobilin maksimal sürrəti 325 km\s.
3. Lamborghini Veneno qiyməti 3 800 000 dollar. Maksimal sürrəti 355 km\s.
4. Lykan Hypersports qiyməti 3 400 000 dollar təşkil edir. Sürrəti isə 395 km\s.
5. Zenvo ST1 avtomobilin qiyməti 3 000 000 dollar təşkil edib. Maksimal sürrəti 375 km\s.
6. Bugatti Veyron Super Sport qiyməti 2 450 000 dollar təşkil edir. Avtomobilin maksimal sürrəti isə 431 km\s təşkil edir.
7. Koenigsegg CCXR Trevita 2 220 000 dollar qiymətində. Avtomobilin maksimal sürrəti 402 km\s.
8. Pagani Zonda Cinque Roadster qiyməti 2 000 000 dollar təşkil edir. Maksimal sürrəti 350 km\s.
9. Aston Martin 77 One satış qiyməti 2 000 000 dollar. Avtomobilin maksimal sürrəti 354 km/s təşkil edir.
Nəhayət çatdıq sonuncu 10-cu yerə, burada 1 900 000 dollar qiymətində Bugatti Veyron 16.4 Grand Sport avtomobili qərarlaşıb. Maşının maksimal sürrəti isə 407 km\s.