Faiyzali Abdullahdan dəbdəbəli don
Dünyanın ən gözəl geyimlərindən biri Malaziyalı dizayner Faiyzali Abdullah tərəfindən dizayn olunub. Deyilənlərə görə, bu paltarın qiyməti təxminən 30 milyon dollardır. Dəbdəbəli geyim tafta və ipəkdən tikilib və 751 brilyantla bəzədilib. Əsrarəngiz donu bənzəyən ən böyük daşın çəkisi 70 karatdır. Dizayner işi olan bu geyimə “Kuala Lumpura bülbülü” adı verilib. Paltar ilk dəfə 2009-cu ildə” STYLO Fashion GrandPix KL” festivalında insanlara təqdim edildi.
Debbi Vingham tərəfindən dizayn edilən müsəlman geyimi
Məşhur İnglis modelyeri Debbi Vinghamın Dubayda müsəlman qadınları üçün dizayn etdiyi ənənəvi “Abay” müsəlman geyimi bütün dünyada məşhur oldu. Həmin geyimin qiyməti təxminən 17,7 milyon dollardır. Qözəl qara kətan geyimin üzəri qızıl saplarla naxışlanmış və 2000 brilyantla bəzədilmişdir.Həmçinin paltarın yaradılmasında ağ, qara və ən nadir bahalı qırmızı brilyantlardan istifadə edilmişdir. “Abay” geyiminin təqdimatı Dubayda yerləşən elit otellərdən birində keçirilmişdir.
Holli Berrinin donu
Livanlı dizayner Elie Saabın məşhur aktrisa Holi Berri üçün yaratdığı paltar insanlar tərəfindən böyük marağa səbəb oldu.Həmin açıq-saçıq geyimdə qırmızı xalçaya çıxması ilə Holli Berri uzun müddət ərzində diqqət mərkəzində oldu. Qeyd edək ki, cazibədar aktrisa tünd qırmızı paltarı 2002-ci ildə “Oskar” mükafatlandırma gecəsində geyinmişdi.
Kate Middltonun toy geyimi
Adətən məşhurların geyimlərinin xüsusilə qəşəng və qeyri-adi olması gözlənilir. Kate Middlton toy mərasimində geyindiyi bej rəngində gəlinlik insanlar tərəfindən çox bəyənildi .Bu zərif çiçəkli krujevalar ilə bəzədilən gəlinlik paltarı “Alexander McQueen” moda evinin yaradıcı direktoru Sarah Burtonun dizayn edib. Sadə və eyni zamanda gözəl olan gəlinlik paltarının 2,7 metrlik şleyfi var idi. Kate Middltonun gəlinliyi məhz Qreys Kellinin Monako Şahzadəsi III Renye ilə evləndiyi zaman geyindiyi paltara əsasən dizayn edilmişdir.
Luly Yangdan əsrarəngiz geyim
Moda dizayneri Luly Yangın şah əsəri sayılan və bir neçə mövsüm dəbdən düşməyən qeyimi bütün dünyada məşhurlaşdı. Kəpənək qanadları şəklində olan paltar bu günə qədər ən gözəl və dəbli geyimlərdən biri hesab olunur. Gəzərkən paltar,sanki uçan bir kəpənəyin qanadlarının hərəkətlərini təqlid edir. Deyilənlərə görə, bu dizayner işi ən bahalı ipəklərdən hazırlanıb.
Merlin Monronun geyimi
Dünyada seçilən geyimlərdən bir neçəsi məhz Merlin Monroya aid olub. Bu dəyərli geyimlərdən biri “Doğum günü” adlanırdı. Bu paltar dizayner Jean Luis tərəfindən 1952-ci ildə John F. Kennedinin ad günü üçün hazırlanmışdır. Şəffaf nazik parçadan hazırlanmış paltar altı mindən çox kiçik brilyantlar ilə bəzədilib. Merlinn Monronun bu geyiminin qiyməti təxminən 12 min dollar idi.O dövr üçün bu, inanılmaz bir məbləğ idi. Lakin Prezidenti təəcübləndirmək üçün Merlin həmin paltarı şifariş etdi. Jean Luisin şah əsəri olan həmin paltar 1999-cu ildə “Gotta Have It”şirkəti tərəfindən 1 milyon dollara alındı. Modelyerlərin fikrincə, bu paltar onların ödədiyi məbləğdən daha bahadır.
Debbi Winghamın misilsiz şah əsəri
Məşhur modelyer və dizaynerin başqa bir dahiyanə əsəri dünyanın ən gözəl və cazibədar geyimlərindən biri adlandırıldı. Dizayner bu paltarı yaratmaq üçün təxminən altı ay vaxt sərf etdi. Qeyd edək ki, paltarın ümumi çəkisi 14 kiloqramdır. Dizayner işi olan bu dəyərli geyim 5 karatdan çox olan 50 qara almaz və bir çox digər qiymətli daşlar ilə bəzədilib. Deyilənlərə görə, həmin geyimin qiyməti təxminən 5.5 milyon dollardır.
Naomi Vatsun parlaq geyimi
Naomi Vats üçün “Armani Prive”moda evi tərəfindən dizayn edilən bu paltar dünyanın ən gözəl və bahalı paltarlar siyahısına daxildir. Qeyd edək ki, bu paltarın yaradılması təxminən 2 aydan çox çəkdi. Qaradərili məşhur model həmin paltarı “Oskar” mükafatı mərasimində geyinmişdi. Gözəlliyi ilə göz qamaşdıran ulduz o gecə diqqət mərkəzində idi. Yeri gəlmişkən, Naomi Vatsun bu möhtəşəm paltarı məşhur “Neil Lane ” brilyantları ilə bəzədilib.
Emmi Adamın donu
Dünyanın ən cazibədar və bahalı geyimlərindən biri isə aktrisa Emmy Adamsa məxsusdur. Paltar bənzərsiz eskizlərə uyğun olaraq hazırlanıb.Mavi rəngdə olan paltar şəffaf tül və çoxsaylı krujeva örtükləri ilə bəzədilib. Aktrisa bu dəbdəbəli paltarı “Oskar” mükafatında geyinmişdi. Emmi üçün belə bir paltarda kömək olmadan hərəkət etmək çox çətin idi, bu səbəbdən fotosessiya zamanı onun paltarını bir neçə köməkçisi tutmuşdu.
Olivia Vayldın göz qamaşdıran geyimi
Amerikalı kino ulduzu Olivia Vayldın qarderobu dünyanın ən gözəl və bahalı geyimlərindən ibarətdir. Lakin onun 2011-ci ildə “Oskar” mükafatında geyindiyi paltar “ən gözəl geyim” adına layiq görülmüşdü. Boz və qara çalarlarda hazırlanan paltar gümüş zərlər ilə bəzədilmişdir.