“Chopard Blue Diamond” üzüyü (16,26 milyon dollar)
Bu siyahını Chopardın zərgərlik əsəri olan “Blue Diamond” üzüyü ilə açaq. Bu üzüyün qiyməti 16,26 milyon dollardır.18 karat ağırlığında oval bir formada olan bu dəyərli mavi daşa heç kəs laqeyd qala bilməz.Üzüyün aşağı hissəsi xırda ağ brilyantlar ilə bəzədilib.Qeyd edək ki, mavi akvamarin və dərin firuzə çalarları ilə diqqəti çəkən bu zinyət əşyası İsveçrədə hazırlanmışdır.
“Dream Diamond” üzüyü (16,3 milyon dollar)
Sarı brilyantlı “Dream Diamond” Honk Kongda ” Sotheby’s” auksionunda 16,3 milyon dollara satılan dünyanın ən bahalı sarı daşlı üzüyü oldu. Yeri gəlmişkən, bu hərracda yalnız qadınlar iştirak edirdilər.
“Perfect Çəhrayı Diamond” üzüyü (23,2 milyon dollar)
Bir çox xanımların xəyalına çevrilən nadir çəhrayı daşlı” Perfect Pink Diamond “üzüyü “Christie’s” auksionunda 23,2 milyon dollara satılmışdı .Qeyd edək ki,qiymətli daşın çəkisi 14.23 karatdır.
“Winston’s Blue Diamond “(23,8 milyon dollar)
Badam formasında və 13,22 karat ağırlığında olan nadir mavi brilyant qaşlı üzüyün dəyəri 23,8 milyon dollardır.Gözəlliyi ilə seçilən zinyət əşyası dünya rekordlarını qıraraq “qüsursuz bir brilyant” adı ilə tarixə düşdü.
“Graff Pink Diamond” üzüyü (46,2 milyon dollar)
Məşhur olan “Graff Pink Diamond” üzüyü məşhur zərgər Qarri Vinston tərəfindən satılmışdı. “Graff Pink Diamond” üzüyünün çəkisi 24.78 karatdır.Eyni zamanda,qiymətli və incə zinət əşyası Hong Kongda keçirilən “Sotheby’s” auksionunda 46.2 milyon dollara satılmışdı.
“Pink Star Diamond” üzüyü (72 milyon dollar)
İsaak Volf tərəfindən 72 milyon dollara satılan “Pink Star Diamond” üzüyü dünyada ən bahalı zinyət əşyalarından biridir. Bu qiymətli daş Afrikada aşkar edilmişdi. Maraqlı quruluşu ilə diqqəti çəkən üzük ilk görünüşdən bir böcəyə bənzəyir.Üzüyün digər adi isə “Çəhrayı Yuxu”dur. Hal-hazırda dəyərli üzüyün heç bir sahibi yoxdur,çünkü o milli sərvət kimi qorunmaqdadır. Bu üzüyün hazırlanması ilə bağlı maraqlı faktlardan biri də odur ki, çəhrayi brilyant daş cilalanmadan öncə 132.6 karat idi. Lakin onu forması dəyişdikdən sonra onun ağırlığı 59.60 karat oldu.
“Ring Wittelsbach-Graff” (80 milyon dollar)
“Ring Wittelsbach-Graff” brilyant üzüyü tarixin ən bahalı üzüyüdür. Elmas 17-ci əsrin sonunda Hindistanda, Kunlur Mine adlı yerdə aşkar edilmişdir. Bu üzüyün əsas hissəsi mükəmməl şəffaf tünd göy daşdan ibarətdir. Həmin daşın ağırlığı isə 31.06 karatdır. Nadir brilyantın ilk sahibi Kral IV Filipp idi və dəyərli üzük məhz Bavariya və Avstriya monarxiyalarına məxsus idi.Hal-hazırda bu əsrarəngiz brilyant üzük Milli Tarix muzeyində sərgilənir.
Samirə Tağıyeva