Dünyanın ən bahalı çantaları pandemiya nəticəsində yarı qiymətə düşüb.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən bildirir ki, “Hermes” çantalarının dəyəri karantin müddətində əhəmiyyətli dərəcədə dəyişib. “Knight Frank” analitikləri qiymətin iki dəfə aşağı düşdüyünü, tələbin isə əhəmiyyətli dərəcədə dəyişdiyini açıqlayıb.
Son üç il ərzində əfsanəvi “Hermes” çantaları hərraclarda müntəzəm olaraq satış qiymətlərini yeniləyirdi, bu modellərə diqqəti cəlb etməkdə influserlər mühüm rol oynayırdı. “Hermes”in xüsusilə “Birkin” və “Lizard Ombre” modelləri maraq doğururdu. Ancaq bu bazarı sabit adlandırmaq olmaz: indi kolleksiyaçılar müştərilərin auksionda yalnız əla vəziyyətdə olan məhsulları alacağına əmindirlər. Karantin şəraitində çantaları şəxsən yoxlamaq mümkün deyildi – analitiklər qiymətlərin kəskin azalmasını bununla əlaqələndirir. Moda ekspertləri bildirib ki, lüks mallara münasibət bütün dünyada dəyişir.
“Məhdud kolleksiyadan olan “Hermes Himalaya Birkin” ümumiyyətlə 200 min dollardan çox qiymətə satılırdı, lakin 1 iyun tarixindən etibarən “Sotheby’s”da 85-100 min arasında olsa da, alıcı tapmayıb. Alıcılar açıq-aydın 100 min dolları bu çantalara xərcləməyə hazır deyil”, – “Art Market Research” tədqiqat şirkətinin direktoru Sebastian Duti deyib.
“Əvvəllər “Hermes” məhsulu lüks məhsullar içində ən yaxşı investisiya hesab olunurdu. Lüks çantalara ən çox tələbat Uzaq Şərqdə uzun müddətdir müşahidə olunurdu”, – “Knight Frank” xarici daşınmaz əmlak və özəl investisiya departamentinin direktoru Marina Şalaeva bildirib.