Emili Ratakovski

Dünyanın ən cazibədar modeli bədənini formada saxlamaq üçün nə edir?

Baxış sayı: 1. 561

Dünyanın ən seksual modeli seçilən Emili Ratakovski ilk dəfə olaraq qüsursuz bədənini formada saxlamağın yollarından danışıb.

Çılpaq fotoları ilə instaqramda rekord qıran model özünəməxsus qidalanma sayəsində ideal qarın və ombalarını qoruyur. Parlaq dərisi isə onun metabolizminin yaxşı işləməsindən xəbər verir.

Emili Amerikanın “Elle” qadın jurnalına verdiyi müsahibədə səhərini qəhvə və kiçik kruassanla açmağa adət etdiyini deyib. Super model hesab edir ki, özünü desertdən məhdudlaşdırmağa dəyməz, şirniyyat üçün ən ideal vaxt səhərdir:

“Kruassan və kişmişi çox sevirəm. Odur ki, səhəri qara qəhvə və kökə ilə açıram. Çoxlu çipsi və konfet yeyən insanlardan deyiləm, ancaq səhər yeməyində şirniyyatı özümə icazə verirəm”.

Что действитеÐ

27 yaşlı məşhur naharda bir qayda olaraq tərəvəzli salat və steyk yeyir. Emilinin sözlərinə görə, gününü ətsiz təsəvvür etmir. Bu səbəbdən də özünü ətdən məhrum etmir.

“Bədənim hər gün dəmirə ehtiyac duyur. Bunun üçün naharda sulu steyk və salat yeyirəm. Özümü ətdən məhrum etməkdə heç bir məna görmürəm. Təmiz zülal və dəmir – gözəl bədən quruluşu və sağlamlığın açarıdır”.

Lakin şam yeməyindən Emili həmişə imtina etməyə çalışır. Ulduzun sözlərinə görə, axşam saat altıdan sonra o, dostları ilə görüşməyi planlaşdırır, tərəvəz şorbaları ilə qidalanır. Aydındır ki, şam yeməyindən imtina ona ideal formasını saxlamağa və qüsursuz görünməyə kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir