Səhər yeməyini daha ləzzətli və daha sürətli etmənin yollarından biri yumurtadan hazırlanmış omletdir. Dünyanın müxtəlif ölkələrində bu yeməyi daha fərqli və ləzzətli üsullarla hazırlayırlar. Bunları bilmək sizə səhər yeməyini daha zövqlü hazırlamanıza kömək edəcək.
“Gencaile.az” sizə dünyanın ən dadlı omletlərinin siyahısını təqdim edir:
Şakşuka – yumurtanın içinə qovrulmuş soğan, pomidor sousu, acı bibər və müxtəlif ədviyyatlar vurularaq bişirilib süfrəyə verilir.
Adi yumurtanın pomidor ilə bişirilməsi sizə sadə gəlsə də, bu İsrail mətbəxinin ən daddlı yeməyidir. Şimali Afrikada meydana gəlməsinə baxmayaraq, yəhudi torpaqlarında şakşukanın minlərlərlə müxtəlif növləri bilinməkdədir. Şakşukanın reseptləri digər ölkələrdə olsa da, tərkibi eyni -(pomidor sousu ilə qovrulmuş soğan və acı bibər) olaraq qalır.
Frittata – pendir, tərəvəz, kolbasa və ya ət ilə hazırlanan İtalyan omletidir.
Frittatanı adətən qazda yox, sobada qızardırlar. Bəzən Frittatanı makaronla da hazırlayırlar. Lakin ənənəvi Frittatanın resepti soğan və bolqar pendirindən ibarətdir.
Paşot – Isti suda yarı bişmiş şəkildə yumurtadan hazırlanan ənənəvi Fransız yeməyidir. Yumurta az bişmiş halda olur və süfrəyə gətirildiyində ləziz görüntüsü ilə iştah açır.
Yumşaq qaymaq halına gəlmiş yumurta sarısının üzərinə bir az pendir səpilir, közlənmiş pomidor, kolbasa və tost dilimi ilə süfrəyə servis edilir.
Orsini – İtaliyan mətbəxinə məxsus bu yumurta resepti digərlərinə nisbətən daha gec hazırlanır. Yumurtanın sarısı ağından ayıraraq hazırlanır. Əvvəl yumurtanın ağı sobada bişirilir.
Daha sonra onun üzərinə biraz əridilmiş yağ və yumurta sarısı əlavə olunur. Üzərinə ovulmuş pendir əlavə olunaraq süfrəyə verilir.
Kokot- Bir nəfərlik servis üçün tərkibinə – xüsusi qablara ət, tərəvəz, göbələk və donuz budu doğranılır, üzərinə bir ədəd yumurta vurularaq sobaya qoyulur. Bir necə dəqiqə bişdikdən sonra süfrəyə servis edilir.
Norveç omleti – Bu omleti digər omlet növlərindən fərqləndirən əsas cəhət tərkibinə az bişmiş yumurta və soğandan əlavə duzlu balığın vurulmasıdır. Skandinaviya mətbəxində bu yemək o qədər məşhurdur ki, çox nadir hallarda səhər süfrəsində istifadə olunmadığını görmək olar.
Tortilla – İspan mətbəxinə aid olan bu gözəl təamın müxtəlif növləri var. İlkin məlumatlara görə, bu yeməyi ilk dəfə navarralı evdar bir xanım hazırlayıb. Qadın o qədər imkansız olub ki, onun yeməyə yumurtadan, kartofdan və soğandan başqa heç nəyi olmayıb. Təsadüfi bir gecə onun evində qalan general üçün hazırladığı Tortilla generalın o qədər xoşuna gəlib ki o, bu ləziz omletin reseptini alıb və öz aşpazlarına verib.
“Huevos rancheros”- “kənd üsulu yumurta” mənasını verən bu omletin tərkibinə qırmızı bibər, lobya və acı çili sousu daxildir. Meksikanın milli mətbəxindən olan bu yemək səhər süfrəsinin əvəz olunmazlarındandır.
Tamaqoyki – Yaponiya mətbəxinin ən məşhur yeməyidir. Çalınmış yumurtaya bulyon, duz, şəkər, soya sousu və bir sıra ədviyyatlar əlavə olunur. Yaxşıca qarışdırıldıqdan sonra qovrulur. Omlet rulon şəklində süfrəyə servis edilir.