yemek

Dünyanın ən faydalı 10 yeməyi

Baxış sayı: 1. 605

Qızılbalıq – Yaşlanmağı əngəlləyən ən yaxşı qidadır. Tərkibindəki Omega-3 beyni və ürəyi qoruyur. Əhval-ruhiyyəyə müsbət təsir edib, qan şəkərini tənzimləyir.

Lobya çəkini tənzimləyib qan şəkərini nizamlayır. Bel sütunu xərçəngi və ürək xəstəliyinə faydalıdır. Gün ərzində 25-38 qram lif qəbul edilməsi tövsiyə edilir. 1 fincan lobyanın tərkibində 11-17 qram lif var.

Antioksidan qəbulu baxımından zəngin olan nar qan təzyiqini nizamlayır. Damarları qoruyur və şişlərin böyüməsini əngəlləyir.

Alma ağciyər xərçəngi, astma, şəkər xəstəliyinə qarşı qoruyur. Tərkibində sümükləri gücləndirən K vitamini var. Yeməkdən 30 dəqiqə əvvəl yeyilməsi iştahanı kəsir.

Brokoli kələmi bütün xərçəng növləri riskini azaldır. Mineral və vitaminlərlə çox zəngindir. Bədəni toksinlərdən təmizləyən təsirə malikdir.

Həftədə 5 dəfə fındıq, yerfındığı yemək ürək xəstəlikləri və infarkt kimi xəstəliklərə tutulma riskini 30-50 faiz azaldır. Hər gün üçün 25 qram badam, qoz, fındıq yemək bəsdir.

Çiyələk xərçəngdən qoruyan yüksək antioksidan tərkiblidir. Hafizəni güclü saxlayır.

Protein baxımından zəngin olan yumurtanın kalorisi aşağıdır. Beyni qoruyur və göz sağlamlığı üçün faydalıdır.

Qırmızı ət Omega-3-lə zəngindir. Müəyyən miqdarda yeyilsə, xərçəngdən qoruyur. Protein və B-12 vitamini ilə zəngindir.

Vitain və minerallarla zəngin olan südün tərkibində xərçəngi əngəlləyən CLA turşusu var.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir