qadin

Dünyanın ən qəddar, manyak qadınları

Baxış sayı: 1. 350

“Manyak” deyəndə nədənsə ağlımıza ilk gələn kişilər olur. Lakin tarixdə kifayət qədər amansız qadın manyaklar da olub. Onlardan bir neçəsinin siyahısını və törətdikləri qandonduran cinayətləri təqdim edirik.

 

Elen Ceqado

XIX əsrdə 18 yaşlı Elen Ceqado artıq 23 nəfəri qətl etmişdi. Gənc qız evində işlədiyi ailələrin yeməyinə zəhər qatır, bütün ailə üzvlərini öldürürdü. Hər qətl hadisəsindən sonra yeni zadəgan qurbanların axtarışına çıxırdı. Elen Ceqado minlərlə insanın gözü önündə dar ağacından asılmışdı.

 

Marqareta Qotfrid

1815-ci ildə Almaniyada çox qəribə qətl hadisəsi baş verir. Marqareta adlı qadın ərini və iki övladını zəhərləyib öldürür. Bundan sonra o özünə yeni məşuq tapır. Sevgilisinin sayəsində Qotfrid zəngin həyat sürməyə başlayır. Lakin pullar bitəndən sonra azğın qadın məşuqunu və öz valideynlərini qətl edir. Nəhayət Marqaret ona borc pul verməkdən imtina edən qardaşını öldürür. 1828-ci ildə cinayətkar qadın həbs olunur. Məhkəmə zalında etiraf edir ki, indiyədək 330 nəfərin ölümünə səbəb olub və buna görə vicdan əzabı çəkmir.

 

Qonsales bacıları

Delfina və Mariya Qonsales bacıları 90-dan çox insanın ölümündə günahkar bilinərək, 40 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Məlum olmuşdu ki, bacılar Meksika fahişəxanalarından birində işləyirmişlər. Burada çalışdıqları müddətdə 80 qadını və 11 kişini qətl etmişdilər.

 

Süzanna Ol

Süzanna adlı tibb bacısı 40 yaşında ikən Macarıstanın bir kəndinə köçür. Qadın kəndə köçəndən həmən sonra insanlar zəhərlənib bir-bir ölməyə başlayır. Onun cinayətinin qurbanları qocalar, gənc oğlanlar, hətta körpələr idi. 1929-cu ildə tibb bacısının törətdiyi cinayətlər aşkara çıxır. Süzanna Ol özünü də zəhərləyib, intihar edir.

 

Qrafinya Batori

Tarixin ən qəddar və dəhşətli qətl hadisələrini Qrafinya Batori törədib. Qrafinya həyatı boyu 650 gənc qızı qətl etdirərək, onların qanını içib. 1611-ci ildə Batori öz cinayətlərini etiraf edərək, 650-dən çox qadının ölümünə səbəb olduğunu bildirib. Vampir qadın öz qurbanlarını öldürdükdən sonra qanlarını içib, daim gənc qalacağına inanırdı. Qrafinya Batori 1614-cü ildə elə öz sarayının həbsxanasında dünyasını dəyişib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir