2

Dünyanın ən qəribə 10 qəsəbəsi – FOTOLAR

Baxış sayı: 660

Bəziləri bir qayanın altında, bəziləri iki ölkənin ərazisində, bəziləri sadəcə bir binadadır. Beləliklə, dünyanın ən qəribə 10 qəsəbəsini təqdim edirik.

 

Büsingen am Hochrhein –  İsveçrə-Almaniya

Büsingen am Hochrhein adlanan qəsəbə həm İsveçrə, həm də Almaniyanın sərhədində yerləşən bir şəhərdir. İqtisadi cəhətdən İsveçrəyə bağlı olan qəsəbə administrasiya olaraq Almanyanın bir diyarı sayılır.

 

Whittier – ABŞ

Alyaskanın Whittier qəsəbəsində hər kəs bir dam altında yaşayır. Qəsəbədə geniş bir mənzildən başqa bölgədə ayrı yaşayış yeri yoxdur. Qəsəbə sakinlərinin  hamısı bir-birləri ilə qonşudur.

 

Setenil – İspaniya

İspaniyanın Setenil qəsəbəsi böyük bir qayanın altında yerləşir. Bir çox binanın qayanın dibində yerləşdiyi qəsəbə bu xüsusiyyəti ilə turistlərin diqqətini cəlb edir.

 

Guangzhou – Çin

Avstriyanın məşhur tətil şəhəri Hallstatt dünyaca məşhur bir yerdir. Uzaqlığına görə buraya gedə bilməyən çinlilər üçün Hallstatta bənzəyən bir qəsəbə yaradılıb.

 

Longyearbyen – Norveç

Norveçin uzaq Svalbard adasında yerləşən Longyearbyen şəhəri dünyanın ən şimal yaşayış məskənlərindən biridir. İqlimin daha da soyuması səbəbindən bölgədə 70 ildir ölənlərin dəfn edilməsi başqa yerlərdə həyata keçirilir. Buna görə Longyearbyendə ölmək qadağandır.

 

Rosswell – ABŞ

Amerikanın Nyu-Meksika ştatında Roswell qəsəbəsi 1947-ci ildə baş verən bir hadisə bölgədə hələ də unudulmur. Şahidlər ərazidə 1947-ci ildə bir UFO qəzası baş verdiyi iddia edilir. Bu hadisə bu gün müzakirə üçün açıq bir mövzu olsa da, Roswell indi “yadplanetlilər qəsəbəsi” adlanır.

 

Hell – ABŞ

ABŞ-ın Michigan ştatında yerləşən bu qəsəbənin adının niyə belə olması səbəbi ilə bağlı dəqiq bir məlumat yoxdur. Ancaq qəsəbədə yaşayanlar bu vəziyyəti üstünlüyə çevirə bildilər. Şəhərdəki demək olar ki, hər bir işin adı İngilis dilində cəhənnəm demək olan Hell sözü ilə başlayır və ya bitir. İşarələrin qarşısında şəkil çəkmək belə ödəniş tələb edir.

 

Şafşafan – Mərakeş

Mərakeşdəki Şafşafan dünyanın ən mavi qəsəbəsi seçilib. Qəsəbədəki bütün binaların divarları mütləq mavi rəngə boyanmışdır. Bunun səbəbi bu gün dəqiq bilinməsə də şayiələrə görə, keçmişdə bu bölgədə yaşayan yəhudilər səbəbiylə binalar bu rəngə boyanırdı. Çünki mavi rəng bölgədəki yəhudilər tərəfindən müqəddəs sayılırdı.

 

Matmata – Tunis

Tunisin cənubundakı Matmata qəsəbəsindəki evlər mağaraların içərisindədir. Çuxurlarda tikilən evlərdə yaşayan qəsəbə sakinləri də turistlərin diqqətini çəkir.

 

Slab City – ABŞ

Kaliforniya ştatındakı Slab City dünyadakı pulsuz qəsəbə olaraq adını təbliğ edir. Bu, ərazidə yaşayan insanların çox vaxt hippilər və ya qaçaqların olmasıdır.

1 10 2 3 4 5 6 7 8 9




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir