toy

Dünyanın ən qəribə evlilikləri

Baxış sayı: 2. 013

Son günlərin ən çox müzakirə olunan mövzusu əmisi ilə evlənən gənc qızla bağlıdır. Mövzu bütün detalları ilə sosial şəbəkədə və mediada artıq müzakirə olunub. Amma qeyd etmək lazımdır ki, bu cür əcaib nikahlar dünyanın bütün ölkələrində var. Təbii, bu, ölkəmizdə baş verən bu faktı yumşaltmaq məqsədi daşımır. Sadəcə olaraq, dünya ölkələrində əcaib-qəraib nikah hadisələri bəs deyincədir.

Bu faktlardan bəzilərini nəzərə çatdıraq. Deffly adlı kişi 10 il sevgili oldugu qızın ölümündən sonra elə dəfn mərasimini toya çevirir və ölmüş sevgilisiylə rəsmi evlənib.

Şeron Tendler isə delfinlə evlənib. O, delfini görmək üçün 14 il parka gəlirdi.

Dünyanın en ilginç evlilikleri

Lee Jin-gyu rəsmi olaraq yastığı ilə evlənib.

Dünyanın en ilginç evlilikleri

Uşe Mitşerliç pişiyi ilə evlənib.

Dünyanın en ilginç evlilikleri

Eija-Riitta 1979-cu ildə Berlin divarı ilə evlənib.

Dünyanın en ilginç evlilikleri

Kaliforniyalı Maria Griffin Ford markalı avtobusla nikaha girib. Avstraliyalı Joseph Guisoo iti ilə evlənib.

Erika Labrie Eyfell qülləsi ilə evlənib.

Dünyanın en ilginç evlilikleri

Sudanlı Charles Tombe keçi ilə evlənib.

Bali adasında polis 18 yaşlı Ngurah Alit adlı gənci inəklə cinsi əlaqəyə girərkən tutub. Gənc bildirib ki, inəkdən xoşu gəlir. Məhkəmə evliliyə icazə verib.
Öz sevimli heyvanı ilə evlənən insanlar da sayca az deyil. Bunlardan biri də hindistanlı Selva Kumardır. Onun itlə evlənmək hekayəsi isə olduqca ilgincdir. Belə ki, o, içkili olduğu zaman cütləşən iki iti daşlamaq üçün öldürüb və bu hadisədən sonra iflic keçirib, bir qulağı kar olub. Falçıya gedərək hadisəni danışıb. Falçı isə ona bir itlə evlənməli olduğunu, bunu etməsə lənətin üzərindən keçməyəcəyini bildirib.

Bu cür izdivaclara qadınlar da zaman-zaman “hə” deyir. Mangli Munda adlı gənc qız da üzərindəki uğursuzluq qalxsın deyə itlə evlənmə yöntəminə baş vurub.

Ümumiyyətlə, alimlər sübut ediblər ki, insanların əşyalara cinsi və ya emosional olaraq bağlılıq duymasına objectophilia deyilir. Yuxarıda haqqında danışdığımız Erika Labrienin Eyfel qülləsi ilə evlənmə hekayəsi də buna sübutdur. O, Eyfel qülləsi ilə evlənəndən sonra Erika Eyfel soyadını götürüb. Hazırda qurduğu bir cəmiyyətdə isə özü kimi əşyalara maraq göstərən insanlara yardımçı olmağa çalışır.

Meksikada bələdiyyə başçısı timsahla evlənib. Bu qeyri-adi hadisə ölkənin cənub bölgələrinə xas olan bir adətdir.

Belə ki, balıq ovu mövsümünün bərəkətli keçməsi üçün bu adət yerinə yetirilir. Bu adətə görə, hər il bələdiyyə başçısı timsahla evləndirilir.

Bələdiyyə binasında nikah bağlanmasından sonra rəqslər başlayır. Əsl toylardan heç seçilməyən bu toyun xərclərini qəsəbə əhalisi ödəyir.

Öz payına düşən xərci ödəməyənlərə isə bələdiyyə tərəfindən cəza verilir.

Yüzlərlə insanın qatıldığı toydan sonra balıq ovu mövsümünün uğurlu keçəcəyi gözlənilir.

Afrikadakı bəzi qəbilələrdə isə anormal münasibətlər çox geniş yayılıb. Oralarda elektrik, su yoxdur, insanların tək əyləncəsi isə sadəcə cinsi münasibətdir. Bu səbəbdən də ailə daxilində hər kəs bir-birilə münasibətə girir. Bu münasibətlərdən doğan uşaqlar isə meşələrə atılır. Meşədəki uşaqlara analığı isə şimpanzelər edir. Meymunlar həmin uşaqları götürür və onları öz uşaqları kimi qoruyurlar. Erkək meymunlar isə bu uşaqların dillərini və gözlərini yeyirlər. Şempanze uşaqlar dilsiz və kor olurlar. Zatən danışmağı da unudurlar.

Çinin Quandun əyalətində gəlin koma vəziyyətində nikaha daxil olub. Lu Lay və onun sevgilisi Zi Tsintzinlə bir neçə il müddətində görüşüblər. Gənclər evlənməyə hazırlaşıb və hətta birgə yaşamaq üçün ev də alıblar. Toya hazırlaşarkən qız qəfildən xəstələnib və təcili xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanaya gedən yolda qız komaya düşüb. Sonradan isə qızın beyni fəaliyyətdən qalıb. Lakin oğlan toyu saxlamaq istəməyib. Onların toyu xəstəxanada baş tutub. Toy məclisində qohumlar və yaxın dostlar iştirak edib. Toydan bir neçə saat sonra qızın süni nəfəs aparatı söndürülüb.

2007-ci ildə 18 yaşlı Selva Kumar 10 yaşlı itlə evləndirilib. Məqsəd isə Selvanı çoxsaylı xəstəliklərdən xilas etmək olub. 18 yaşında oğlan yuxarı və aşağı nahiyələrin iflicini keçirdib və qulağı kar olub. Yerli astroloq isə oğlanın xəstəliyinin səbəbini tapıb: o, uşaqlıqda 2 iti qəddarcasına öldürüb. Tilsimdən can qurtarmaq üçün oğlan itlə evləndirilməliymiş.

Rekordları da unutmayaq. Amerikada böyük ana adı ilə tanınan Linda Volfe, “Dünyanın ən çox evlənən qadını” rekorduna imza atdı. Linda tam 23 dəfə evlənib. Hal – hazırda 24-cü evliliyi ilə xoşbəxtliyə yelkən açacağına ümid edir.

68 yaşında dünyanın ən çox evlənən qadını adı ilə Guiness rekordlar kitabına girməyə haqq qazanan qadın, həyatda qaldığı müddət ərzində yeni ailə qurmaqdan şərəf duyacağını söyləyib.

Amerikalı qadın, ilk dəfə 1957-ci ildə, 16 yaşında 31 yaşlı Corc Skot adlı şəxslə evlənib. İlk evliliyi 7 il davam edən qadın boşandıqdan sonra digər ailələrə doğru yelkən açıb.

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir