kukla

Dünyanın ən qəribə kolleksiyaları – MARAQLI

Baxış sayı: 1. 553

Bəzi insanlar uşaqlıq zamanlarından sevdiyi və dəyər verdiyi əşyalarını zaman keçdikcə istifadəsiz qalsa da, yığıb saxlayırlar. Kolleksionerlər hansı yaşda olursa-olsunlar, yığdığı əşyalarına hər şeydən çox dəyər verirlər.

Elə insanlar da vardır ki, kolleksiya etdiyi əşyalarla insanları heyrətə salır. “Gencaile.az” “Publika.az”-a istinadən həmin kolleksiyalardan bir neçəsini təqdim edir.

 

Şərab kolleksiyası

Fransada yaşayan Maykl Cek Çasseul bir şərab kolleksioneridir. O, saxladığı “La Chapelle-Baton” adlı kolleksiyasına dünyanın ən nadir və prestijli şərablarını daxil edib. Onun kolleksiyasında hazırda 40 min şərab şüşəsi var.

Barbi kolleksiyası

Sinqapurda yaşayan Jian Yanq 6 mindən çox barbi oyuncağı toplayaraq kolleksiya edib. Kolleksiyaya maraq doğuran ikinci səbəb isə oyuncaqların bir kişi tərəfindən toplanmasıdır.

Supermen kolleksiyası

Filippində yaşayan Herbert Çavez adlı oğlan Supermen oyuncağının kolleksiyasını yığmaqla yanaşı, həmin obraza bənzəmək üçün onlarla estetik əməliyyat etdirib.

Simpsonlar kolleksiyası

Merthir Tudfil dünyanın ən böyük Simpsonlar kolleksiyasına sahib yeganə kolleksionerdir.

İngiltərə Kraliyyət kolleksiyası

Londonun Vembley bölgəsində yaşayan Marqaret Teylor ölkədə satılan Kraliyyət ailəsi konseptli bütün məhsullara sahibdir.

Daş kolleksiyası

79 yaşlı Luqi Liner İtaliyada yaşayır. O, daşlara olan həvəsi və marağı sayəsində böyük bir daş kolleksiyasının sahibi olub. Onun kolleksiyasında dünyanın müxtəlif bölgələrindən gətirilmiş daşlar var.

“Ulduz müharibələri” kolleksiyası

44 yaşlı Ceyms Börns “Ulduz müharibələri” serialına aid olan bütün məhsulların kolleksiyasını toplayıb.

Zümrüd




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir