eqreb

Dünyanın ən qəribə yeməkləri

Baxış sayı: 1. 925

Hər kəsin damaq zövqü fərqlidir. Ailədə birinin xoşladığı yeməyi digəri xoşlamaya bilər. Bu təbiidir. Ancaq elə yeməklər var ki, dadı deyil, hətta adını eşitmək belə, tükləri biz-biz edir.

“Gencaile.az” dünyanın ən qəribə yeməklərininin siyahısını təqdim edir.

1. Qızarmış qayahörümçəyi

Böyük, tüklü, ayaqlı və ən əsası, zəhərli hörümçək olan qayahörümçəyi Kamboca mətbəxində hazırlanır. Sarımsaq və duzlu bir sousa batırılaraq yağda qızardılan bu hörümçəyin dadının ləzzətli olduğunu söyləyənlər də var. Hörümçəyin ən çox yeyilən hissələri qolları və üst gövdəsidir.

2. 100 illik yumurta

Həm də millenium yumurtası adlandırılan toyuq və ya ördək yumurtaları kül, gil və duzdan hazırlanan qarışımın içərisində ayrıca bişirilir. Bişirildikdən sonra yumurtanın ağı qəhvə rəngi jele halına gəlir, sarısı isə yaşıl rəngə dönür.

3. Balut – Fillipinlər

Balut döllənmiş ördək yumurtasından hazırlanan qəribə bir yeməkdir. İçərisində canlı bir ördək balasının olduğu yumurtalar qaynadılaraq süfrəyə təqdim edilir. 17 günlük döllənmiş bir yumurtadan hazırlanan bu yemək Filippin səyahətinizdə qarşınıza çıxacaq.

4. Durian – Çin

Cənub şərqi Asiyada yetişdirilən bu meyvə görünüşcə dəniz şabalıdına oxşayır. Sarı rəngi ləzzətli olduğu hissini yaratsa da qoxusu o qədər bərbaddır ki, hətta hava limanına girişi qadağan edilib. Kirli corab, çürümüş ət kimi qoxuduğu deyilir.

5. Eskamoles – Meksika

Nəhəng qara qarışqa yumurtasından hazırlanan bu yeməyin dadının keçi pendiri dadına yaxın olduğu bildirilir.

6. Qan şorbası – Vyetnam

Toyuq qursağı, çiy ördək qanı və  bir neçə ədviyyatla hazırlanan bu qan şorbası Vyetnamın ənənəvi yeməyidir. Yemədən öncə donmasını və jele halına gəlməsini gözləmək lazımdır.

7. Canlı kobra ürəyi- Vyetnam

Vyetnamın digər qəribə yeməklərindən biri də canlı kobra ürəyidir.  Kobranın güc və qüvvətini qazanacağına inanan insanlar tərəfindən daha çox yeyilir. Hətta yeyildiyi zaman kobranın ürəyinin hələ də döyündüyü düşünülür.

8. Əqrəb şorbası – Çin

Cənubi Çinin ənənəvi yeməyi olan bu yeməyin görünüşü belə, adamı qorxudur. Yemək bişirilərkən əqrəbin zəhəri çıxarılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir