Murmansk-Rusiya
Murmansk dünyada Şimal qütb dairəsindən şimalda yerləşən ən böyük şəhərdir. Murmansk Barentsev dənizinin Kola körfəzinin şərq qayalıq sahiində yerləşir. Rusiyanın ən böyük limanlarından biridir. İsti Şimal-Atlantik axını hesabına Murmanskın qışda buz bağlamayan limanı Rusiyanın başqa şimal və şimal-qərb limanları arasında əhəmiyyətli dərəcədə seçilməkdədir.Arktik dairədə yerləşsə də,burada hava heç də pis keçmir.Qışda temperatur -10 dərəcə Selsiyə qədər olur.Lakin ildə bir neçə ay davam edən zülmət insan psixikası üçün bir problemə çevrilir. Bu şəhərdə insanlar ilin 40 gününü sanki gecə imiş kimi keçirirlər. Alış-verişlərini, gəzintilərini gecə qaranlığında edən insanlar, həm də qaranlıqda işə gedib gəlirlər. Bu qaranlığın insan psixologiyası üzərindəki təzyiqi də az deyil. Lakin bununla belə, insanlar bu şəhərdə yaşamaqdan məmnundurlar.
Kiruna-İsveç
Şəhərin adı “ağ quş” kimi tərcümə olunur və yerli gerbdə də təsvir edilmişdir. Kiruna kiçik (15.92 kv. Km) və nisbətən gənc bir şəhərdir, yaşı 100-dən bir az çoxdur və əhalisi 25 mindən azdır. Lakin bu,şəhərin İsveçdəki ən inkişaf etmiş və populyar turizm yerlərindən birində qalmasına mane olmur. Kirunanı yalnız Stokholmla deyil, həm də ölkənin digər yaşayış məntəqələri ilə birləşdirən hava limanı, magistral yollar və dəmir yolu bağlantısı var. Bu şəhərin əsas fərqləndirici xüsusiyyəti Şimal qütbünə yaxınlıqdır, bunun sayəsində Kirunadakı həqiqətən misilsiz təbiət hadisələrini müşahidə edə bilərsiniz. Beləliklə, maydan iyul aylarına qədər şəhər qütb gün zonasında qalır və dekabrın əvvəlindən yanvar ayının sonuna qədər qaranlığı şimal işıqlarının ecazkar gözəlliyi müşahidə olunan sakit bir qütb gecəsi hökm sürür. Məhz onun sayəsində hər il minlərlə turist bu qarla örtülü əraziyə axın edir.
Cənubi-Kuril adaları -Rusiya
Cənubi- Kuril adaları İkinci Dünya Müharibəsinin sonunda SSRİ-nin tərkibinə daxil oldu. Bu adaların əhalisinin sayı 10 000 nəfərdən azdır.Yerli əhali demək olar ki, yalnız dəniz ehtiyatlarının çıxarılması və emalı ilə məşğul olur.Bölgədə kənd təsərrüfatı inkişaf etməmişdir. Belə ki, Cənubi-Kuril şəhər dairəsində (Kunaşir, Şikotan və digərləri) əkin sahələri üçün cəmi 16 hektar ərazidən istifadə olunur, əsasən kartof əkilir. İnək və donuz yetişdirən kiçik təsərrüfatlar da var. Burada qışda soyuq, yayda sərin və rütubətlidir. Dünyanın ən qaranlıq məkanları kimi tanınan bu adada ən soyuq ay fevral hesab olunur və havanın temperaturu -7 dərəcəyə qədər olur.
Cuno şəhəri- ABŞ
Cuno şəhəri Alyaska ştatının inzibati mərkəzidir. Əhalisi 33,026 min nəfərdir. Dəqiqliyi ilə desək,Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Burada ilin 6 ayı qaranlıqdır və gün olmur. Qeyd edək ki, gündüz saat ikidən sonra hava tamamilə qaralır. Alyaska əhalisində fəsildən asılı olaraq depressiyaya düşürlər, bu da günəş işığının qışda olmaması, yayda isə həddən artıq olması ilə bağlıdır.
Köln- Almaniya
Köln — Almaniyanın dördüncü, Şimali Reyn-Vestfaliya vilayətin ən böyük şəhəridir. Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan bu şəhər qaranlıq şəhərlərdən biri kimi tanınmaqdadır. Burada il ərzində cəmi 1504 saat günəşli olur.
Birminhem – Böyük Britaniya
Bu şəhər İngiltərənin Mərkəzi-Qərb bölgəsində yerləşir. Birləşmiş Krallığın ən çox əhalisi olan şəhərləri siyahısındadır. “Birmingem Metropoliten Bölgəsi” Birləşmiş Krallıq metropoliten bölgələri arasında (2012 əhali sayımı etibarilə) əhali böyüklüyü baxımdan ikinci sıranı alır və bu əhali 3,701,107 nəfər təşkil edir. Şəhər 150 ilə 300 metrlik dəniz səviyyəsi yüksəkliyində yerləşir.
Birminhem xalqı müxtəlif etnik qruplardan ibarətdir. Əksəriyyət 67% ilə ağ dərilidir. Buradakı yerli iqlim mülayim və rütubətlidir. Demək olar ki, bu şəhərdə yaşayan insanlar parlaq günəşin həsrətindədirlər.
Şahzadə Rupert- Britaniya Kolumbiyası
Britaniya Kolumbiyasının şimal sahillərində yerləşən Şahzadə Rupert macəra axtaranlar və açıq havada gəzitirini xoşlayan insanlar üçün əsl tapıntıdır.
Davamlı dumanları, qonaqpərvər olmayan, yağışlı və tutqun hava ilə məşhur bu şəhər qədim bir liman şəhərlərindən biridir. Qaranlıq şəhərlər siyahısına daxil olan bu şəhərdə il ərzində 1240 saat günəşli olur.
Nikolskoe- Rusiya
Nikolskoye kifayət qədər böyük Aleut bölgəsindəki yerləşən yeganə yaşayış məkanıdır.Qeyd edək ki, burada yalnız aleutlar kimi dözümlü xalq yaşaya bilər, çünki bu şəraitlərdə yaşamaq çox çətindir. Burada yaşayan yerli əhali demək olar ki, gün üzünə həsrətdirlər.
Torşavn- Danimarka
Muxtar Farer adalarının paytaxtı Streimoyun şərq sahilindədir. Torşavn rəsmi olaraq dünyanın ən buludlu yaşayış məntəqəsi hesab olunur. Qaranlıq şəhərlərin siyahısına daxil olan bu şəhərdə il ərzində cəmi 884 saat günəşli olur. Buna baxmayaraq, yerli sakinlər şəhərlərindən olduqca məmnundurlar.
Yan-Mayen- Norveç
Qrenland dənizi ilə Norveç dənizi arasında yerləşən adadır. Ada Qrenlandiyadan 600 km, İslandiyadan 500 km, Norveçdən isə 1000 km məsafədə yerləşir. Adada yay ayları orta temperatur +5 °C, maksimal isə +18 °C-dir. Qışda orta temperatur −5 °C, nadir hallarda −20 °C olur. Havalar tez-tez buludlu, xüsusilə payız və yaz mövsümlərində tez-tez duman müşahidə olunur. Tez-tez istiqamətini dəyişkən güclü küləklər əsir. Daima qaranlığa qərq olunan bu adada Olonkinbyuen qəsəbəsində uzunmüddətli çalışan naviqasiya, meteorologiya stansiyasının və Sahil Mühafizəsi xidmətinin əməkdaşları yaşayır.
Samirə Tağıyeva