toy

Dünyanın ən qeyri-adi 5 toy adəti

Baxış sayı: 1. 481

Öz toy adət-ənənəmizi çox yaxından tanıyırıq. Yaxşı, bəs dünyada nə kimi toy adətlərinin olduğunu bilirsinizmi? Çindən Hindistana qədər 5 fərqli ölkənin ən qəribə toy adətlərini sizə təqdim edirik. 

 

İsveç

İsveçli bir həyat yoldaşı namizədiniz vardırsa, toy günü bütün qısqanclığınızı bir kənara buraxmağa hazır olmalısınız. Çünki İsveçlilərin adətlərinə görə, gəlin nə vaxt masasından qalxıb makiyajını təmizləməyə gəlin otağına keçərsə, toydakı bütün qadınlar bəyi öpməkdə sərbəst olurlar. Hələ də davam etdirilən bu adət, demək olar ki, bütün gəlinlərin heç sevmədiyi bir adətdir.

 

İrlandiya

İrlandiyanın toy adətləri görə isə gəlini bir az zorlayıcı bir təmələ dayanır. Adətlərə görə, gəlinlə bəy rəqs edərkən gəlin ayaqlarını mütləq yerdə tutmalıdır. İrlandiyalı rəqqaslara görə əgər gəlin ayağını yerdən qaldırsa, pislik pəriləri onu alıb götürəcəkdir.

 

Çin

Çinin Tujia bölgəsində edilən toy adətləri bu günə qədər eşitdiklərinizi sizlərə unutdura bilər. Bu bölgədə yaşayan Çinli gəlinlər toya bir ay qala hər gün 1 saat dayanmadan olaraq ağlayırlar. 10 gün sonra isə ağlamaq adətinə gəlinin anası da qatılır. 10 gün sonra isə bu adətə gəlinin nənəsi də qoşulur. Bir aylıq zamanın sonunda isə ailədəki bütün qadınlar gəlinin ətrafında ağlamağa başlayırlar. Bütün qadınların bir musiqini anımsadan ağlama səsləri sevincin bir ifadəsi olaraq görülür.

 

Fransız Polineziyası

Fransız Polineziyasında olan Markiz adasındakı toy adəti olduqca qəribədir. Adətlərə görə, gəlinin yaxın qohumları yerə üzü üstə uzanır və gəlin və bəy yerə yatan qohumların üzərindən yeriyərək keçirlər.

 

Hindistan

Hindistanın qəribə toy adəti Joot Chupai-Ayaqqabı saxlama olaraq adlandırılır. Bəy bəli deməmişdən əvvəl ayaqqablarını çıxarmaq məcburiyyətindədir. Bəyin ailəsi ayaqqabıları gəlinin ailəsinin gizlətməyinin qarşısını almaq üçün çalışır. Bu adət ailələr arasında əyləncəli bir rəqabətə çevrilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir