Fantastik bir filmdən çıxmış kimi görünən bu 5 qeyri-adi evi evinizdən tərpənmədən səyahət etməyinizə imkan yaradacayıq.
Beləliklə, bu 5 qeyri-adi evi təqdim edirik:
Ağaç ev
Ağac evin həvəskarları çoxdur. Hətta Türkiyədə bir çox ağac evi tikilməyə başlanılıb. Ancaq bu ev həqiqətən meşənin dərinliyindədir və elə bil oraya aiddir. Üstəlik, 3 mərtəbəli tikili asanlıqla aşılaçaq kimi görünmür.
Nağıla bənzəyən ev
Yaponiyadakı bu nağıl evi yalnız geniş təsəvvürə malik olan yaponlara aid bir evdir. Yamanaşidə yerləşən bu ev çay otağı kimi istifadə olunur. Bu ev yaponların məşhur çay mərasimlərinin səhnəsi sayılır.
Norveçdə bir fantastik ev
Norveçdəki bu fantastik ev bir az qorxunc deyilmi? Xarici görünüşü ilə Norveçin dumanlı havası birləşəndə evin içərisində bir cadügarın yaşadığı düşünülür.
Akebono Kodomo no Mori Koen
Adı bir az uzundur, amma söyləmək çox əyləncəlidir. Akebono Kodomo no Mori Koen sevimli binalar, körpülər, ağac evi və kiçik bir gölməçənin ortasında bir mayakdan ibarət bir uşaq meydançasıdır.
Təbiət ev
Bu ev Skandinaviyada ekoloji cəhətdən təmiz bir evdir. Təbiətdə yaşamaq istəyirsən? O zaman sizin üçün əla bir nümunədir. Bu evi tikənlərin təbiət anlayışına layiq olduğunu asanlıqla deyə bilərik.
Vüsal Cahanov