1-Ay-ay
Madaqaskarda yaşayan bu heyvan eybəcərlik təcəssümüdür. Həddən artıq çirkin görünüşə sahib bu heyvan onu görənlərdə ikrah hissi yaradır. Sarı gözlər, pırpız saçlar, sağ ayağı ilə ürəyini tutmaq cəhdi-bu Madaqaskar heyvanının gündəlik xarici görünüşüdür.
Kabarqa
Kiçik, buynuzsuz kabarqa maralının iti dişləri olmasa bəlkə də normal heyvana bənzəyərdi. Amma bu iti dişlər onun xarici görünüşünü korlayır və dünyanın ən eybəcər heyvanlarından birinə çevirir.
Qırmızı dodaq balıq
Yırtıcı dəniz balığıdır. Bu balığın qlamur dodaqları, kiprikləri, çənəsində saqqalı var. Üzgəclərindən ayaq kimi istifadə edərək suyun dibində gəzə bilir. Qeyd etmək lazımdır ki, qırmızı dodaq pis üzdüyü kimi elə pis də gəzir.
Eyzelt soxulcanı
Eyzelt soxulcanı qurbağa və ya kərtənkələyə bənzəyir. Amma ayaqları yoxdur. Bu heyvanın gözü və ağciyəri də yoxdur. Eyzelt soxulcanı dərisi ilə nəfəs alır. Uzunluğu 75 sm-dir.
Kral vağı
Kral vağının bədəninə yaraşmayan çox böyük ölçülü başı var. Hətta begemot da bu heyvana baxanda şükürlüdür. Bu heyvanın bədəni çox kiçikdir və demək olar ki, tüklərdən ibarətdir.