Hazırda dünyada tüğyan edən COVİD-19 virusu artıq 3000 mindən çox insanın canın alıb. Lakin koronavirus heç də dünyanın ən təhlükəli mikroorqanizmi sayılmır. Maraqlı olacağını nəzərə alıb, dünyanın ən təhlükəli 10 virusunu təqdim edirik.
10. MERS-CoV
Bu virus həm də Yaxın Şərq respirator sindromunu yaradır. Yoluxan xəstələrdə öskürək, qızdırma, nəfəs darlığı kimi ağır respirator əlmətlər, habelə virus pnevmoniyası müşahidə edilir. Bu virusdan ölüm halı olduqca yüksəkdir. Hər 3 xəstədən biri ölüb.
9. Ortoxanviruslar (hantaviruslar)
Hantviruslar insanlara Şimali və Cənubi Amerikadakı gəmiricilərdən keçə bilər. İlkin mərhələ güclü öskürək, nəfəs çatışmazlığı, habelə güclü yuxu ilə müşahidə olunur. 1996-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı bu virusa yaxalananların yarısının öldüyünü xəbər edib. Bu gün də vəziyyət o qədər düzəlməyib. Xəstələnənlər arasında ölüm riski 36%-dir.
8. Konqo-krım qanamalı hərarət virusu (KQHV)
KHV ağır qızdırma və güclü qanaxma ilə müşahidə olunan xəstəlikdir. Xəstəliyin simptomlarına dəri və selikli qişalarda qanaxma (petechiae), qanlı qusma və qara nəcis daxildir. Bu virusa yaxalananlar arasında ölüm faizi 9-50% arasında dəyişir. Əsas mənbə gəmiricilər və kişikbuynuzlu ev heyvanlarıdır. Gənə dişləməsi ilə insanlara ötürülür.
7. Lassa mammarenavirus
Lassa mammarenavirus, arena virusları ailəsinə aiddir və Lassa hemorragik qızdırmasını yaradır. Yoluxanların 20% -də diş ətində qanaxma, nəfəs darlığı, qusma, sinə ağrısı və təzyiq azalması inkişaf edir. Xəstəxanaya yerləşdirilməsini tələb edən xəstələr arasında ölüm orta hesabla 15-20% təşkil edir, lakin bəzi xəstəliklər zamanı 50% -ə çata bilər. Lassa mammarenavirus ilə bir insan gəmirici nəcisilə çirklənmiş qida və ya əşyalarla təmasda olarkən yoluxa bilər.
6. Nipaha virusu
Nipaha virusu infeksiyası ensefalit (beynin iltihabı) və tənəffüs darlığına səbəb ola bilər. Virus xəstəni tez bir zamanda koma vəzyyətinə gətirib çıxarır. Orta hesabla, yoluxanların təxminən 40% -i xəstəlikdən ölür, lakin Banqladeşdə baş vermiş xəstəlik zamanı ölüm 78% -ə çatıb.
Virus yarasalardan və yoluxmuş bir insandan keçə bilər..
5. Herpes B virusu (Macacine alphaherpesvirus 1)
Vaxtında müalicə edilmədikdə, herpes virusu B sinir sisteminin daimi zədələnməsinə və ya ölümünə səbəb olur. İnfeksiyadan sonra ölüm 80% -ə çata bilər. Herpes B infeksiyalarının təbii mənbəyi makaka meymunları hesab olunur.
4. Lujo mammarenavirus
Lujo mammarenavirus Lassa hərarəti patogeninin bir qohumudur. Bu “Luio” hemorragik hərarətinə səbəb olan təhlükəli bir virusdur. Bu xəstəlik haqqında bu günə qədər çox az məlumat var: mövcud məlumatlar Cənubi Afrikadan olan cəmi 5 xəstənin nümunəsinə əsaslanır. Onlardan dördü ölüb, yəni ölüm nisbəti 80% təşkil edib. Bu virusun təbii mənbəyi gəmiricilərdir.
3. Marburq virusu
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin mütəxəssisləri bu virusu “Ebola virusunun əmisi oğlu” adlandırırlar. Marburg virusunun doğurduğu xəstəlik, insandan insana qan və digər fizioloji mayelərlə təmas yolu ilə ötürülə bilər. Virusun əsas daşıyıcıları yarasalar və meymunlardır.
Xəstəlik şiddətli baş ağrısı və bədən zəifliyindən sonra başlayır, ardından çox sayda qanaxma baş verir. Ölüm dərəcəsi 25% -dən 90% -ə qədər dəyişir.
2. Ebola virusu
Ebola virusunun dörd növü qusma, ishal, səpki, qaraciyər və böyrəyin funksiyasının pozulması, habelə qanaxma ilə müşayiət olunan təhlükəli hemorragik hərarətə səbəb ola bilər. Bu virusdan ölüm halı 90% təşkil edir.
1. Quduzluq virusu
Bu günə qədər ən təhlükəli virus quduz virusudur, çünki xəstəyə vaxtında quduz peyvəndi verilmədiyi təqdirdə xəstəlik ölümlə nəticələnir.
Quduz virusu xəstə heyvanların tüpürcək və sinir toxumalarında olur. İnsanlar ümumiyyətlə quduz heyvanların dişləmələri ilə yoluxurlar.