Ötən həftə Qvatemalada “Fueqo” vulkanının püskürməsi nəticəsində yüzdən çox insan həlak olmuşdu. Bir çox insanı da yaralayan vulkan püskürməsi maddi olaraq da ciddi şəkildə zərər vurub.
Hadisə zamanı zərər çəkən altı yüzdən çox insan sığınacaqlara yerləşdirilib. Ölkənin prezidenti Jimmy Morales ölkədə üçgünlük matəm elan etmişdi.
Hadisənin aktuallığını nəzərə alaraq dünyanın ən təhlükəli vulkanlarını sizlərə təqdim edirik.
Vezuvi vulkanı
Vezuvi vulkanı İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan ən təhlükəli vulkandır.Eramızın 79-cu ilində püskürdüyü zaman Pompey, Herkulanum və Stabiya şəhərlərini məhv etmişdi. Üç şəhəri yox edən vulkan dağında bu günə kimi 8 dəfə böyük püskürmə olub. Sonuncu dəfə 1944-cü ildə püskürüb.
Rainer vulkanı
Vaşinqtonun Seattle şəhərinə yaxın yerləşən Rainer vulkanı da dünyanın ən təhlükəli vulkanlarından sayılır. Sonunca dəfə 1984-cü ildə püskürən vulkan dağının ətrafında 2 milyona yaxın insan yaşayır.
Pinatubo vulkanı
Filippində Luzon adasında yerləşən Pinatubo vulkanı da 1991-ci ildə püskürməsi ilə gündəmə gəlmişdi. 20-ci əsrin ən böyük vulkan püskürməsi olaraq qeydə alınan bu hadisədə 722 nəfər həyatını itirmişdi. Hazırda bu dağın ətrafında 21 milyon insan yaşayır.
Agung vulkanı
İndoneziyanın Bali adasındakı Agung vulkanı da 2017-ci ildə püskürməsi ilə gündəmə gəlmişdi. Bundan əvvəl də 1963-cü ildə püskürən vulkandan 11 ay lava axışı davam etmişdi. Hadisə 1 mindən çox insan həyatını itirmişdi.
Fuji vulkanı
Yaponiyanın məşhur Fuji vulkanı 1707-ci ildən bu yana püskürməyib. Lakin mütəxəssislər 2001-ci ildə Yaponiyada baş verən 9 bal gücündəki zəlzələdən sonra bu vulkanın oyanacağını iddia edirdilər.
Kilauera vulkanı
ABŞ-ın Havay ştatında yerləşən Kilauera vulkanı da təhlükəli sayılır. Bu ilin may ayında vulkanın hərəkətə keçməsi səbəbilə bölgədəki yüzlərlə həyət evlərinə və binalara ziyan dəymişdi.
Merapi vulkanı
İndoneziyada yerləşən aktiv bir vulkan sayılan Merapi demək olar ki, hər il püskürür. NASA-nın məlumatına görə, Merapinin ən böyük təhlükəsi püskürdüyü zaman ətrafa yaydığı lavanın tərkibində silisiumun çox olmasıdır. Bu vulkanın ətrafında 24 milyona yaxın insan yaşayır.
Helens vulkanı
Vaşinqtonun güneyində yerləşən Helens vulkanı 1980-ci ildə insanların ölümü ilə nəticələnən bir şəkildə püskürmüşdü. Bu püskürmədə 57 nəfər ölmüşdü, minlərlə heyvan isə tələf olmuşdu. Vulkanın püskürməsi nəticəsində 518 kilometrlik bir meşə məhv olmuşdu.
Turan Oruc