Bu il üçün dünyanın 10 ən etibarlı ölkəsinin adı açıqlanıb. Araşdırmaların nəticələrinə görə, dünyanın ən təhlükəsiz ölkəsi Danimarkadır.
Qlobal hücumlar, köç dalğası, sosial ədalətsizlik və fərdi silahlanma qlobal miqyasda problemlərə səbəb olur.
Son dövrdə Fransa və Belçika başda olmaqla, bir çox Qərb ölkəsində bir-birinin ardınca terror aktları baş verib. ABŞ-da isə fərdi silahlanma nəticəsində kütləvi qırğınlar artıb.
Məhz bu səbəblərdən dolayı ABŞ, Fransa, Belçika kimi ölkələr ilk onluqda yer almayıb.
60 ölkədə 16 min insan arasında aparılan sorğu nəticəsinə görə, ilk onluqda Danimarka, İsveç, Kanada, Yeni Zellandiya, Hollandiya, Avstriya, Avstraliya, Lüksemburq, Almaniya və İrlandiya yer alıb.