idman

Dünyanın ən uzunömürlü xalqları və onların uzun yaşama səbəbləri barədə bilinməyənlər

Baxış sayı: 1. 704

Elə gün olmur ki, dünya mediasında uzunömürlü insanlarla bağlı yeni xəbər dərc edilməsin. Ya “dünyanın ən yaşlı insanı öldü”, ya da “dünyanın ən uzunömürlüsü odur” tipli xəbərlərlə qarşılaşırıq. Alimlər də bir ucdan uzun yaşamağın yeni formulalarını düşünür, insanları buna təhrik etməyə çalışırlar.

 

Bir-birindən fərqli sirlər – ömrümüzü necə uzadaq?
Ümumən ondan başlayaq ki, yerimək və qaçmaq insan ömrünü uzadır. Bunu nizamlı olaraq proqram formasına salsanız, istəyinizə daha yaxşı nail olarsınız. Sadə, lakin güvənli olan bu məşq üsulu sizə yormayacaq və üstəlik arıqlamağınıza da kömək edəcək. Yerimək, qaçmaq edə biləcəyiniz ən sadə məşq hərəkətləridir. Bu idman növü sümüklərinizi möhkəmləndirəcək, çəkinizə, ağciyər və ürək sağlamlığınıza nəzarət etməyinizə kömək olacaq.
Araşdırmalar həftədə təxminən 20-25 kilometr yeriyən insanların yeriməyən insanlara nisbətən daha uzunömürlü olduqlarını sübut edib. Bununla yanaşı, arıqlamaq və çəki atmaq üçün də bədənin yeriməyə çox ehtiyacı var.
Siqaretdən imtina 5, fiziki fəallıq 3, meyvə-tərəvəz ömrü 3 il uzadır

Related image
Qədim dövrlərdən insanlar ölməzliyin çarəsini axtarıb-tapmağa çalışırlar. Bununla bağlı müasir zamanda da bir çox alim elmin yeniliklərindən istifadə edərək uzunömürlülüyün sirlərini axtarıb-tapmağa səy göstərir. Britaniyalı alimlər də uzunömürlülüyün reseptini müəyyənləşdirib: meyvə-tərəvəz, fəallıq və siqaretdən imtina. Alimlərin araşdırması 1 insanın ömrünü necə uzada biləcəyini üzə çıxarıb. Araşdırmalar göstərib ki, hətta yaşlı adamlar da həyat tərzini dəyişməklə ömürlərini uzada bilər. Siqaretdən imtina insan ömrünü 5 il, fiziki fəallıq 3, meyvə-tərəvəz yemək isə daha 3 il uzadır. “Divandan durmamağı bütün bunlara dəyişən şəxslərin də gündə 1 armud yeməsi onların ömrünün uzanmasına təsirsiz ötüşmür”, – deyə tədqiqat müəllifləri bildirir.
Şotlandiyada dünya mətbuatının marağına səbəb olan hadisə uzunömürlülüyün sirri ilə bağlı yeni məqamlar ortaya çıxarıb. Belə ki, dünyanın ən yaşlı qarımış qızı olan 109 yaşlı Klara Midmorun uzun yaşamasının sirri tapılıb.
Qadın belə hesab edir ki, 109 yaşına qədər yaşamasının sirri bu vaxta qədər bir dəfə də olsun cinsi əlaqədə olmamasıdır. Onun hətta oğlan tanışları, sevgililəri də olmayıb. 12 yaşında ərə getməkdən imtina edən qız sonrakı həyatında da belə təklifləri qəbul etməyib.
1903-cü ildə Qlazqo şəhərində dünyaya gələn Klara hətta əfsanəvi “Titanik” gəmisinin qəzaya uğraması ilə bağlı xəbərləri də zamanında eşidib. Birinci Dünya Müharibəsində tibb bacısı kimi cəbhəyə yola düşən Midmor hazırda qocalar evində yaşayır. Onu hətta ad günü münasibətilə Britaniya kraliçası Yelizaveta da təbrik edib.
Həkimlər belə hesab edirlər ki, qadının uzunömürlülüyünə səbəb kişilərlə əlaqəsinin olmaması, ailə münaqişələrindən uzaq olması, xəyanət hissini yaşamaması, dünyaya uşaq gətirməməsidir.

Related image
Buna bənzər sirri 130 yaşına qədəm qoyan Leandra Becerra Lumbreras də açıqlayıb. O iddia edib ki, uzun ömrünün sirri evlənməməkdir. 31 avqust 1887-ci ildə anadan olan meksikalı Leandra nənə 130 yaşını qeyd edib.
Meksikalı bu nənə Birinci Dünya Müharibəsi başlayanda 27, İngiltərə kraliçası İkinci Elizabet taxta çıxanda 66, aya ilk dəfə insan gedəndə 82 yaşında idi.
Dünyanın ən uzunömürlü qadını hesab edilən nənə yaxşı qidalanmaq, keyfiyyətli bol yuxu və ərə getməməyi uzun ömrünün sirri kimi açıqlayıb.
Əvvəl dərziliklə məşğul olaraq özünü dolandıran Leandra nənə heç vaxt evlənməyib, ancaq onun 5 övladı, 20 nəvəsi, 55 nəticəsi var.
Ən kiçik övladı 90 yaşında vəfat edib.
Cütlüklər mehriban olsa, uzun yaşaya bilərlər
Daniyadan olan tibb işçiləri insan uzunömürlülüyünün sirrinin üstünü açıblar. Onlar sübut ediblər ki, insan ömrünün uzunmüddətli olmasına cütlüklərin bir-birinə qarşı olan münasibətlərinin də böyük təsiri var. Onu da qeyd etmək lazımdır ki, idmanla məşğul olaraq, sağlam qidalanaraq da ömrü uzatmaq mümkündür. Lakin uzunömülülüyün sirri yalnız bunlarla kifayətlənmir.
Tədqiqat aparan bir qrup mütəxəssis təkid edir ki, ahıl yaşa çatıb qocalmamağın əsas sirri keçirdiyin ömür yolunda münasibətlərində yaşadığın anlayış və harmoniyadır. Belə nəticəyə gəlmək üçün mütəxəssislər böyükmiqyaslı könüllülər toplusu içərisindən sorğu keçirməli olublar. Uzun illər ərzində bununla yanaşı ekspertlər iştirakçılsarın sağlamlıqları ilə də maraqlanıb və dəyərləndiriblər.

Related image
Bütün bu müşahidə və ekspertizaların sonunda sübut olunub ki, tez-tez mübahisə edən cütlüklərin ürək-damar problemi və ölüm halları daha stabil münasibət yaşayan cütlüklərlə müqayisədə 2 – 3 dəfə daha artıq problem yaşayırlar.
Məhz elə buna görə də mütəxəssislər cütlüklərə yalnız sağlam və düzgün həyat tərzi keçirməyi deyil, eləcə də öz birgə həyat yollarında sakit, harmoniyalı və stabil həyat sürməyi məsləhət görürlər.
Ən çox yaşayanlar honq konqdan çıxır
Dünya Bankı qadınlar və kişilər arasında ən uzunömürlü insanların yaşadığı ölkələri açıqlayıb. Dünyanın ən uzunömürlü insanları isə Honq Konqda yaşayırlar. Belə ki, burada doğulan bir qız ortalama 86 il ömür sürür. Avropa ölkələrdən isə Fransa, İspaniya, İsveçrədə sakinləri ortalama 85 il ömür sürürlər. Avstraliya, İslandiya, İtaliya, Cənubi Koreyada, Sinqapur kimi ölkələrdə isə bu göstərici 84 ildir. Birləşmiş Krallıqlarda isə orta yaş həddi 81 ilə qədər davam edir.
Uzunömürlü ölkələrə nəzər saldıqda məlum olur ki, kişilər qadınlardan 6 il az yaşayırlar. San Marino, Honk Konq, İslandiya, Avstraliya, İsrail, Yaponiya, İsveçrə kimi ölkələrdə kişilərin orta yaş həddi 80-ni keçir. Malta, Hollandiya, Norveç, Sinqapur, İspaniya və Birləşmiş Krallıqlar sakinləri isə 1 il az – 79 il yaşayırlar. 78 il yaşayan ölkələrə isə Avstriya, Fransa, İrlandiya, Lüksemburq və Qətəri misal göstərmək olar. Türkiyədə orta hesabla qadınlar 76, kişilər 71 il yaşayırlar. Ən qısa ömür sürən xalqlar isə Afrikada yaşayır. Bu baxımından antirekord Lesota krallığına məxsusdur. Bu ölkənin sakinlərinin orta ömrü 47 yaşı keçmir.
Azərbaycanda orta yaş hazırda 71,3 ildir. Bu rəqəm kişilər üçün 68,4, qadınlarda üçün 74,7 yaş təşkil edir.
Uzunömürlü insanların çoxluq təşkil etdiyi ölkələrdə ümumən vəziyyət tamam başqadır. Bu ölkələrdə sosial-humanitar yardımlar, sığorta kartları, xüsusi xidmət göstəricilərinə malik olan xəstəxanalar, sağlam təbiət, sağlam məişət şəraiti, sağlam qidalar üstünlük təşkil edir. Bu ölkələrin sırasında aşağıdakıların adını çəkə bilərik:
Yuxarıda da qeyd etdiyimiz kimi, sıralanmada ən uzunömürlü sakinlərə malik ölkələrdən birincisi Honqonqdur. Bunun yalnız bir səbəbi var: o da canlı təbiətlə çox təmasda olmaq. Burada anadan olan qız uşağı ən tez 86 yaşında dünyasını dəyişir. Kişilərdə isə bu rəqəm 80-81-dir.
2-ci sırada dünyanın içində ayrıca bir dünya hesab edilən, toxunulmaz ölkə – İsveçrə gəlir. Yəqin ki, bu ölkədə insanların nə səbəbə çox yaşadığını göstərməyə o qədər də ehtiyac yoxdur. Burada orta yaş həddi 82-83-dür. Adambaşına düşən tibbi xərclərin miqdarı isə 5643 dollardır.
Növbəti ölkə məsafə baxımından İsveçrədən xeyli uzaqda olan, amma düşüncə, kültür və iqtisadi inkişafa görə ona “qonşuluq edən” Yaponiyadır. “Gündoğar” ölkədə də orta yaş həddi 82-84 arasında dəyişir. Amma adambaşına düşən tibbi xərclər İsveçrədən azdır. Burada hər bir adam orta hesabla öz sağlamlığına ildə 3213 dollar xərcləyir.
Siyahının növbəti ölkəsi isə İtaliyadır. Təbiət və sağlam həyat tərzinə önəm verən italyanlarda orta yaş həddi 82-dir. Hər bir italyan il ərzində sağlamlığı üçün 3012 dollar pul xərcləyir.
Qocalarla zəngin daha bir ölkə isə İslandiyadır. Heç kəslə işi olmayan bu ada dövlətində də insanların orta yaş həddi 80-82-dir. Adambaşına düşən tibbi xərcin məbləği 3305 dollardır.
İslandiyanın yalnız 14 faizi siqaret çəkir, hər bir adam isə orta hesabla il ərzində 8 litr spirt qəbul edir.
Uzunömürlülüyə görə növbəti pillənin sahibi olan İspaniyada insanların orta ömür yaşı 80-82-dir. Hesablamalara görə 2050-ci ildə ölkə əhalisinin 30 faizi 80 yaşdan yuxarı adamlar olacaq.
Avropanın ən çox yaşayan qadınları Fransadadır. Fransız xanımlarda orta yaşam göstəricisi 86 yaşdır. Bunun əsas səbəbi də odur ki, Fransada hər adam ildə 4000 dollara yaxın pulu öz sağlamlığına xərcləyir. Burada yüz min adamdan yalnız qırxı ağır xəstəliklərdən sonra dünyasını dəyişir.
Yaşıl qitə adlanan Avstraliyada da insanlar çox yaşayır. İnsanların orta ömür yaşı 82-dir. Əhalinin 15 faizi siqaretdən istifadə edir. Amma hər adam öz sağlamlığı üçün il ərzində cibindən 3800 dollar pul xərcləyir.
Avropanın daha bir kurort mərkəzi olan ölkələrindən biri – İsveçdə orta yaş həddi 81-dir. Burada da siqaret və spirtdən o qədər də çox istifadə olunmur. Lap olunsa da belə, adambaşına düşən illk tibbi xərcin qiyməti 2239 dollar olduğundan onlar çulunu sudan çıxara bilirlər. OECD-in araşdırmalarna görə İsveç həm də xərçəngin az yayılmış ölkəsidir.
Yəhudilərin cəm halında məskunlaşdığı İsraildə də insanlar uzun müddət yaşamağı bacarırlar. İldə 2240 dolları hər bir yəhudi öz canına sərf edir və sağlamlaşır. Amma son illərin göstəricilərinə əsasən, İsraildə gənclər arasında tütün və alkoqola maraq artıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir