pul

DÜNYANIN ƏN VARLI CİNAYƏTKARLARI: Azərbaycanlı “oğru”, milyard dollarlıq sərvət – FOTOLAR

Baxış sayı: 1. 884

Dünyanın bir sıra şəhərləri, hətta ayrı-ayrı ölkələri onların iradəsi ilə idarə edilir. Xüsusən cənubi və Şimali Amerikanın, Qərbi Avropanın ayrı-ayrı ölkələrindəki müəmmalı cinayətlər, üstü illərlə açılmayan qətllər “qanuni oğru”ların, mafiya rəhbərlərinin, narkobaronların göstərişləri ilə həyata keçirilir. Şübhəsiz ki, “qanuni oğru”lar onların arasında xüsusi yer tutur. Maraqlı cəhət burasındadır ki, onlar saysız-hesabsız cinayətlərə sifariş versələr də, nə qədər var-dövlətə sahib olmaları çox vaxt gizli qalır.

“Gencaile.az” Publika.az-a istinadən dünyanın ən məşhur “qanuni oğru”larının sərvətləri ilə bağlı maraqlı faktları təqdim edir:

Nyu-Yorkdan olan Niki Barns həm “qanuni oğru”luğu, həm də narkotik ticarəti ilə məşhurdur. 105 milyon var-dövlətə malik Niki Barns 82 yaşına qədər müxtəlif cinayətlərdə iştirakçı, sifarişçi kimi çıxış edib. O, həm “qanuni oğru”, həm də narkotik maddələrin istifadəsi ilə məşhurdur.

Friuey Rikki Ross silahlı qruplaşmalardan birinə rəhbərliyi ilə məşhurdur. O, müxtəlif cinayətlər yolu ilə özünə var-dövlət qazanıb. Hazırda Friueyin 600 milyon dollarlıq sərvəti var. Maraqlısı budur ki, cinayətkar xarici görkəmcə heç də təhlükəli insana oxşamır.

Corc Yanqın oğurluqları, qanunsuz ticarəti, narkotik biznesi ABŞ-da rəqib tanımır. 73 yaşlı bu şəxs həm narkobaron, həm də “qanuni oğru” kimi ad çıxarıb. İki il bundan əvvəl azadlığa buraxılmış bu məşhur cinayətkarın 100 milyonluq evi, bahalı obyektləri var.

Rafael Karo Kintero hələ 70-ci illərdə təhlükəli cinayətkar elan edilmişdi. Onun yaxın ətrafında kifayət qədər “qanuni oğru”, narkotik ticarətçisi vardı. O, ABŞ-da həbs edilənə qədər 650 milyon dollarlıq sərvət toplamağa müvəffəq olmuşdu. Kintero 2013-cü ildə məhbəsdən buraxılıb.

Bir çoxları inanmayacaq, amma dünyanın varlı cinayətkarlarının və məşhur “qanuni oğru”larının siyahısında ötən əsrin 60-cı illərində öldürülmüş ABŞ prezidenti Con Kennedinin qohumlarından da var. 500 milyon dollarlıq sərvəti olan Cozef Kennedi müxtəlif cinayət əməllərinin sifarişçisi, qanunsuz qruplaşma rəhbəri idi.

Narkotik biznesinə görə həbs edilmiş Xoakin El Çapo Qusman həbsxanaya düşdükdən sonra məhbusların rəhbəri seçilib. Qanunsuz əməlləri sərhəd tanımayan bu şəxs müxtəlif cinayətkar əməlləri ilə 1 milyard dollar qazanıb. Sonradan məlum olub ki, 61 yaşlı narkotik ticarətçisi, “qanuni oğru” hələ 25 yaşlarından “saman altından su yeridirmiş”. Yeri gəlmişkən, bu “qanuni oğru”nin adı tez-tez Hollivud filmlərində və rep musiqilərində hallandırılır.

Qriseldo Blanko sübut edib ki, dünyanın ən məşhur cinayətkarları təkcə kişilər olmur. Bəzi qadınlar da qanundan kənar əməllərə yol verməyi bacarır. O, cinayətlər törədə-törədə özünün sərvətini 2 milyard dollara çatdırıb. Qeyd edək ki, qadın kasıb ailədə doğulub. Hazırda dünyanın ən məşhur cinayətkarları sırasında yer alan qadının əli ilə 200-dən çox adam öldürülüb.

Oçoa qardaşları bütün cinayətlərini “ailə”vi şəkildə, yəni birlikdə törədiblər. Adları sifarişli qətllərdə, oğurluqlarda hallandırılan bu üçlük həm də narkotik alverçiləridir. Qardaşların biznesləri 6 milyard dollarlıqdır.

Davud İbrahim Oçoa qardaşlarından da varlıdır – onun sərvəti 6,7 milyard dollara yaxındır. Əvvəllər “Əl Qaidə” təşkilatı ilə əlaqədə olduğu iddia edilən Davud İbrahim bir çox düşmənlərini aradan götürməkdə şübhəli bilinir. Ona imkanlı olmasında kömək edən amillər həm “qanuni oğru”larla yaxınlığı, həm də külli miqdarda narkotik maddələrin satışı ilə məşğul olmasıdır. Yeri gəlmişkən, bəzi əcnəbi media orqanları bir müddət əvvəl Davud İbrahimin əslən Cənubi Azərbaycandan olması barədə məlumatlar yaydılar. İddia olunurdu ki, onun babası ötən əsrin 30-cu illərində İrandan xaricə köçüb.

Heç kimin ağlına gəlməzdi ki, bir zamanlar Çindəki vətəndaş müharibəsinin iştirakçılarından biri, ordu komandiri Kxun Sa həm qanunsuz cinayətkar birləşmələrlə əlaqə saxlayır, həm də kölgə biznesini idarə edir. Müxtəlif cinayətlər, üstü açılmayan oğurluqlar, bahalı bəzək əşyalarının satışı ona 5 milyard dollar gəlir gətirib.

Söylənilənlər bir daha onu deməyə əsas verir ki, cinayət heç də hər zaman cəzasız qalmır. Bəzən “qanuni oğru”lar, quldurlar, narkotik ticarətçiləri varlanaraq sərvət toplayırlar. Onlardan bəziləri hətta şirkət də açırlar. Başqa sözlə desək, oğruluğu bacaranlar kresloda, bacarmayanlar isə həbsxanada əyləşirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir