66701d1213ba666701d1213ba7171862350666701d1213ba066701d1213ba3

Dünyanın ən varlı kişilərinin xanımları necə görünür?

Baxış sayı: 870

Bir çox qadınların gözəlləşmək üçün bıçaq altına yatdığı, süni materiallarla təbii görünüşlərini dəyişdiyi bir dövrdəyik. Bunu bir çox qadınlar varlı kişilərlə evlənmək üçün edir. Amma heç də bütün varlı kişilər gözəl xanımlarla evlənmək arzusunda olmurlar. Bəziləri sadiq, kreativ düşüncəli qadınlara üstünlük verirlər.

Beləliklə, dünyanın ən varlı 5 kişisinin həyat yoldaşları barədə məlumat veririk. Onların heç biri dünya gözəli deyil.

 

1. Mark Zukerberq və Priscilla Çan

Məşhur iş adamı Mark Zukerberq gələcək həyat yoldaşı Priscilla Çan ilə Harvardda oxuyarkən tanış olub. Qız biologiya fakültəsində oxuyub və gözəlliyi ilə onun ürəyini alıb. Gələcək iş adamı sosial şəbəkələr yaratmaq üzərində işləyərkən heç kim ona inanmırdı. Ancaq sevgilisi bütün mərhələlərdə Markı dəstəkləyib. Çoxlarına elə gəlir ki, indi zəngin adamın arvadı gözəllikdən uzaqdır. Ancaq insanda xarici görünüş vacib şey deyil. Qız sədaqəti, anlayışı, qayğısı və həvəsi ilə Markın qəlbini fəth edib. 2012-ci ildən evli olan cütlüyün üç qızı var.

 

2. Bernard Arnault və Elen Mercier

Bu milyarderin həyat yoldaşını da gözəl adlandırmaq olmaz. Elen Mercier “Louis Vuitton Moet Hennesy” şirkətlər qrupunun prezidenti Bernard Arnaultun ürəyini fəth etməyi bacaran adi bir qadındır.  Elen Bernard Arnaultu iki xüsusiyyəti ilə cəlb edirdi: onun incə təbiəti və musiqi alətlərinə olan sevgisi. Sonralar milyarder etiraf edib ki, həyat yoldaşı hətta mürəkkəb problemlərin öhdəsindən gəlməyi bilir və bəzən ona biznes məsləhətləri ilə kömək edir. Cütlük 1991-ci ildə ailə qurub və üç oğlu var.

 

3. Uorren Buffett və Astrid Menks

Sərvəti 126 milyard dollardan çox qiymətləndirilən məşhur amerikalı iş adamı 2006-cı ildə evlənib. Onun xanımı ilə tanışlığı maraqlı və qeyri-adi bir hekayədir. Menksdən əvvəl Buffetin başqa bir həyat yoldaşı Suzan var idi. Cütlük 1952-ci ildə evlənsə də, 1970-ci ildə ayrılıb. Buna baxmayaraq, keçmiş sevgililər dostluq münasibətlərini qoruyub saxlayıblar. İş adamı keçmiş arvadından ayrı yaşasa da, rəsmən boşanmayb. Suzan ərinə “təşəkkür etmək” qərarına gəlib və ayrıldıqdan sonra onu Astrid ilə tanış edib. 2006-cı ilə qədə , yəni Suzan ölənədək Buffet yeni seçdiyi xanımı ilə vətəndaş nikahında yaşayıb.

 

4. Amansio Orteqa və Flora Peres

Sərvəti 100 milyard dollara yaxın qiymətləndirilən “Inditex”in yaradıcısı İspaniyanın ən istedadlı modelyerlərindən biri Orteqanın korporasiyasına “Zara” da olmaqla, dünya üzrə mağazaları olan müxtəlif geyim markaları daxildir.

Orteqa 1986-cı ildə ilk həyat yoldaşı Rosaliya Mera ilə boşanıb. Milyarderin yeni həyat yoldaşı Flora Peres ilə tanış olma hekayəsi türk seriallarının süjetinə bənzəyir. Peres Orteqanın şirkətində işləyirdi. Hər gün ofisdə bir-biri ilə əlaqə saxlayaraq, aşiq olublar. Milyarderi özündən 20 yaş kiçik Floranın enerjisi, yaradıcılığı və gəncliyi cəlb edib.

 

5. Çarlz və Liz Kox

“Koch Industries” şirkətinin sahibi də həyat yoldaşı olaraq ən gözəl qadını seçməyib. Sevgililər 45 il əvvəl tanış olublar və demək olar ki, dərhal evləniblər. Yalnız məlumdur ki, Liz Çarlzın ürəyini öz sadəliyi və mehribanlığı ilə ovlayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir