qis 8

Dünyanın ən yaxşı 5 qış festivalı – FOTOLAR

Baxış sayı: 473

Dünya ölkələri öz mədəniyyətlərinə uyğun ənənə halını almış fərqli cür festivallar  keçirirlər. Beləliklə, xarici mətbuata istinadən, qışın füsunkar ab-havasını və soyuq havanın dincliyini sevənlər üçün dünyanın ən yaxşı 5 qış festivalının siyahısını təqdim təqdim edirik.

 

Harbin Beynəlxalq Buz və Qar Heykəlı FestivalıÇin

Ən fərqli festivalların və adət-ənənələrin ölkəsi olan Çinin ən böyük şəhərində keçirilən Harbin Buz və Qar Heykəl Festivalı ölkənin hər yerindən məşhur buz heykəltəraşlarının saatlarla çalışaraq buzdan möcüzələr yaratdığı festivaldır. Tamamilə əl işi olan bu buz heykəlləri bütün buz, qar və heykəltəraşlıq həvəskarlarını gözləyir. Festival 5 yanvar 2024-cü ildə açıldı.

4

Portland “Qış İşığı Festivalı”ABŞ

ABŞ-ın Oreqon ştatının Portlend şəhərində 9 ildir təşkil edilən “Qış İşığı Festivalı” soyuq qış gecələrini işıqlandırmaq üçün keçirilir. Festival müddətində ziyarətçilərə Volfram işıqlarından və LED işıqlarından hazırlanmış heykəllər, əks və kölgələr, işıqlı gecə velosipedləri, fənər gəzintiləri, canlı buz oymağının incə nümunələri və rəqs şouları təqdim olunur.

 

Kvebek Qış KarnavalıKanada

Siyahımızı soyuq və qarı ilə məşhur olan Kanada ilə davam etdiririk. Kvebek şəhəri 1894-cü ilə aid olan bu qış festivalını hər il yanvarın sonu və fevralın əvvəli arasında qeyd edir. Buzdan heykəllər və işıq şouları ilə şəhər sanki buzdan yaranıb.

 

Saranac Gölü Qış FestivalıABŞ

Nyu Yorkda uzun illərdir qeyd olunan Saranac Gölü Qış Festivalı 3 blokdan ibarət buz sarayının ətrafında keçirilir. Bir çox buz yarışlarının keçirildiyi festival möhtəşəm atəşfəşanlıqla başa çatır. Bu ilki mövzu qorxulu karnavaldır və ziyarıtçilıri əyləncəli müsabiqələr gözləyir.

3

Lyüblyana Əjdaha FestivalıSloveniya

Yalnız qalaları ilə deyil, festivalları ilə də məşhur olan Sloveniya, bütpərəstlik dövründən bəri paytaxt Lyüblyanada keçirilən festivalla siyahımızdadır. Rəngarəng maskaların istifadə olunduğu bu festivalın məqsədi qış aylarını qorxutmaq və isti havaları qarşılamaqdır. Ayı, pəri və cadugər geyimləri ilə keçirilən bu festivala böyük əjdaha kostyumu başçılıq edir.

 

Nigar Orucova

qis

qis 2

qis 8




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir