deniz

Dünyanın ən yaxşı çimərliklərinin reytinqi

Baxış sayı: 1. 167

Hazırda yay mövsümünü yaşayırıq. Təbii ki, yay sözü ilə çimərlik sözü bir-birlərini tamamlayırlar. Qızmar yay günlərində imkansızlar özlərini Corat, Novxanı kimi, imkanlılar Si-Briz, Cumeyrax kimi çimərliklərə verirlər. Lap imkanlılar üz tuturlar Bodruma, Antalyaya. Lap-lap imkanlılar isə Monakoya, San-Tropeyə kimi gedib çıxırlar.

Bu arada “1001 beach.ru” portalı dünyanın ən yaxşı çimərliklərinin reytinqini açıqlayıb. Əziz oxucularımız, gəlin  birlikdə TOP 100-ə daxil olan bəzi çimərliklərlə tanış olaq. Söz düşəndə, özlərini görməsək də, heç olmasa, adlarını çəkə bilək.

 

1) ”Ans-Latsio”

Seyşel adaları, Afrika.

“Ans-Latsio” Seyşel adalarının ən gözəl və ən popuyar çimərliyidir. Hər il bu kurorta dünyanın ən müxtəlif ölkələrindən minlərlə turist axışır. Onlar günəşin doğmasının və batmasının ecazkar görüntülərinə tamaşa edir, dayvinq və snopklinq üçün ideal şəraitdən məmnuniyyətlə istifadə edirlər. Plyajın sal qayalarla əhatələnməsi çox cəlbedicidir.

 

2) ”Manuel Antonio”

Kosta-Rika, Mərkəzi Amerika

“Manuel Antonio” plyajı Kosta-Rikanın Sakit Okean sahillərində, San-Xose şəhərinin 132 km-liyində, Manuel Antonio adlı Milli Parkın ərazisində yerləşir.

Bu çimərliyin özəlliyi onun cunqli ilə əhatələnməsindəndir. Turistlər cunqli meşəsini gəzib yorulub bu narın qumlu çimərliyə gəlir, bumbuz suda çimirlər.

Cunqlidə turistlər üçün kapusin adlı xırda meymunlar təhlükə törədirlər. Belə ki, onlar turistlərin çantalarını, papaqlarını, bir sözlə, əllərinə keçən hər şeyi oğurlayırlar.

Okeanda isə təhlükəni nəhəng timsahlar törədirlər. Onlar hava qaralmağa başlayanda çimərliyə çıxırlar. Odur ki, saat 16:00-dan sonra çimərlik  ərazisi bağlanır.

 

3)”Sal”

Kabo-Verde, Afrika

Bu çimərlik ağappaq qumluq sahili, şəffaf okean suları ilə məşhurdur. Təsəvvür edin ki, sahildən bir qədər aralanıb okean dibini görə bilirsiniz. Çimərliyin xaricdə çox populyar olması öz sözünü düyir.  Büdcəyə böyük pullar axır, kasıb Afrika dövləti çiçəklənir.

Çılpaq təbiəti sevənlərçün bura cənnətdir, ekstrim sevənlər üçün də eləcə. Amma kamfort sevənlər üçün “Sal” heç də ideal çimərlik deyil.

 

4) ”Kamps-Bey”

CAR, Afrika

”Kamps-Bey” Cənubi Afrika Respublikasının Atlantik okean sahillərində, əzəmətli On iki apostol dağının ətəyində yerləşir.

Su burada çox soyuqdur, yeraltı axınlar insanları çəkib qayalıqlara tərəf aparır. Nəhəng okean dalğaları da ara vermir.  Bununla belə, macəra gəzənlərçün bura çox cəlbedicidir. Serfinq, yaxtinq, paraseylinq həvəskarları burada ekstrim yaşayırlar.

Infrastruktur çox inkişaf edib, rahat dincəlməkçün hər cür şərait var. Ətraf restoranlar, barlar, gecə klubları ilə doludur. Funikulyor isə turistləri çimərlikdən düz dağın zirvəsinə qaldırır.

 

5) ”Fiq-Sri”

Kipr, Avropa

Daim dünyanın ən yaxşı 20, Avropanın isə ən yaxşı 10 çimərliyi reytinqində yer tutan  ”Fiq-Sri”çimərliyi məşhur Protarasa kurortunun mərkəzində qərarlaşıb.

Çimərlik öz adını bir vaxtlar sahil boyu baş-başa verən Fiq ağaclarının adından götürüb. (Fig Tree- ingiliscə). Amma düzü, indi burada cəmi 2-3 ağac qalıb.

Çimərlik  mülayim iqliminə görə oktyabr ayında belə turistlərlə dolu olur.

Su tədricən dərinləşdiyi üçün bura uşaqların çimməsi üçün də idealdır. Çimərlikdəki sualtı mağaralar, ətrafdakı qaralmaq üçün xırda qayalıqlar diqqət çəkəndir.

 

6) ”Batşeba”

Barbados, Karib adaları

Palmalı, tropik bitkili qayalıqlarla əhatələnən bu böyük qumlu-çınqıllı çimərlik öz gözəl peyzajı ilə fərqlənir. Təsadüfi deyil ki, bura minlərlə insan sırf foto çəkməyə üz tutur.

Antantik okeanınüsyankarxisləti bu rayonda nəhəng dalğalara səbəb olur, bu da serfinq üçün ideal şərait deməkdir.

Bura həm də piknik məskəni kimi məşhurdur.

 

7)”Kot-de-Bask”

Fransa, Avropa

Fransanın qərbində yerləşən bu çimərlik Avropa serfinqinin vətəni hesab olunur. Ispaniya sərhədindən bir neçə kilometr aralıda olan bu çimərliyin adı yerli sakinlərin – baskların dilindən götürülüb.

Burada bəzən dalğalar o qədər güclü olur ki, qayaların başını belə yuya bilir.

 

 

8)”Sanset”

ABŞ, Havay adaları, Mərkəzi Amerika

ABŞ-ın 50-ci ştatı nəyi ilə fərqlənir? 

Günəş, okean, nəhəng dalğalar, təbiət müxtəlifliyi və serfinq – bütün bunlar “Sanset”in özəllikləridir, həm də sahil boyu sıralanmış palmaların bir özgə gözəlliyi var.

Havayda çətir, şezlonq axtarmaq istəyiniz əbəsdir. Külək hər şeyi uçurub aparır deyə belə kamforta burada rast gəlinmir.

Xüsusən qışda Sakit okeanda 9 metrədək yüksələn dalğalar peyda olanda “Sanset”ə serfinq həvəskarları toplaşırlar.

“Sanset”in adı bizlərdə də çox məşhurdur. Kasıb inəyinin adını Gümüş qoyan kimi, Novxanıda bizim yerli işbazlar özəl çimərliyi “Sanset”  adlandırıblar.

 

9) ”Says Big”

ABŞ, Şimali Amerika

Florida ştatında, ölkənin əsas dincəlmək rayonu olan Mayamidə yerləşən ”Says Big” ən prestijli çimərliklərdən biridir, şəhərin ada hissəsində yerləşir ki, bu hissədə şəhərin materik hissəsi ilə körpü  və dambalarla birləşir. Burada dünyanın ən məşhur insanları dincəlməyi sevirlər. Bəziləri hətta daşınmaz əmlaklara da sahib olublar.  Dünyada məşhur Versaçenin villası da bu rayonda yerləşir.

6 kilometr uzunluğunda olan çimərlik öz özəlliyi ilə seçilir. Bu özəllik onun zonalara bölünməsidir. 3 strit rayonunda körpə uşaqlı valideynlər, 5 strit rayonunda ahıl insanlar, 10 strit rayonunda gənclər daha çox olur.  Çimərliyin bir tərəfində sükut, bir tərəfində şaqraq gülüş və uca musiqi sədalarına rast gəlinir.

Burada şezlonqlar və VİP-çarpayılar çox rahatdır, pərqu kimi yumşaqdır.

Qiymətlər isə dəhşətli dərəcədə bahadır.

”Says Big”də daha bir xoşagəlməz şey zəhərli meduzalardır ki, onlardan qorunmaq üçün istirahətə gələnlər xüsusi təlimat alırlar.

 

10)  “Banana”

Tailand, Cənubi-Şərqi Asiya

Şirin adlı bu plyaj palma ağaclarıilə əhatələnib, göz yaşı kimi duru suya malikdir. Narın ağ qumda uzanmaq insana xüsusi zövq verir.

“Banana” həm də buradaki kiçik restorana görə məşhurdur. Dəniz məhsullarından hazırlanan dadlı variasiyalara görə gələnlər saatlarca növbəyə dayanırlar.

Buranı Tailandda cənnət adlandırırlar. Bəlkə də yanılmırlar. Belə gözəllik məhz cənnətə xasdır, əlbəttəki.

 

11) ”Aqiba”

 Misir, Afrika

 

12) Pasxa adası

Çili, Cənubi Amerika

 

13) “Porto Kasiki”

      Yunanıstan, Avropa

 

14)  ”İqli-Big”

      Aruba, Karib adaları

 

15) ”Seven Mayl”

       Yamayka, Karib adaları

 

Bəli, əziz oxucularımız. Biz sizə dünyanın Top-100 reytinqinə daxil olan ən yaxşı 15 çimərliyini təqdim etdik. Əminik ki, oralara qiyabi səyahət ürəyinizcə oldu.

Virtual səyahət, xəyalın gücü ən ucuz və ən effektiv səyahət hesab edilir.

 

 

Təqdim etdi: MƏTİN

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir