Zəngin ailələrə heyran olurlar, həsəd aparırlar. Bu insanların pul problemi yoxdur. Onlar elit tədbirlərin ilk sıralarında dayanırlar.
Vesti.ru dünyanın 10 ən varlı ailə klanı haqqında məlumat yayıb.
1. Uolton ailəsi
Şirkət: “Walmart”
Sərvəti: 190.5 milyard dollar
Sem Uolton 1962-ci ildə “Walmart”ı qurub. Həmin vaxtdan bəri Uolton ailəsi tərəfindən idarə olunan şirkət pərakəndə satışla məşğul olur.
2. Mars ailəsi
Şirkət: “Mars”
Sərvəti: 126.5 milyard dollar
Hazırda şirkət Mars ailəsinin dördüncü nəsli tərəfindən idarə olunur. “Mars” – bütün dünyada məşhur olan şirniyyatların istehsalçısıdır.
3. Kox qardaşları
Şirkət: “Koch Industries”
Sərvəti: 124.5 milyard dollar
Çarlz və Devid Kox qardaşları atalarının qurduğu nəhəng imperiyaya rəhbərlik edirlər. Ancaq bu gün onlar müxtəlif namizədləri, araşdırma təşkilatlarını və lobbiçiləri maliyyələşdirərək, ölkədəki siyasi vəziyyətə təsir göstərməyə çalışdıqları üçün daha yaxşı tanınırlar.
4. Əl-Saud ailəsi
Səudiyyə Ərəbistanında kral ailəsi
Sərvəti: 100 milyard dollar
Səudiyyə Ərəbistanının kral ailəsi də dünyanın ən varlı klanları siyahısındadır. Bu ailənin neft və qaz nəhəngi “Saudi Aramco” ilə əlaqələri ailəni xeyli gəlirlə təmin edir.
5. Vertqeymer ailəsi
Şirkət: “Chanel”
Sərvəti 57.6 milyard dollar
“Chanel” Moda Evi əfsanəvi “kiçik qara paltar” və “№5” ətri ilə məşhurdur. Şirkət hazırda Alan və Gerhard Vertqeymer qardaşları tərəfindən idarə olunur.
6. Duma ailəsi
Şirkət: “Hermes”
Sərvəti: 53.1 milyard dollar
Duma klanı 19-cu əsrdə qurulmuş elit “Hermes” şirkətini idarə edir.
7. Van Damm, De Spelberx və De Mevius ailəsi
Şirkət: “Anheuser-Busch InBev”
Sərvəti: 52.9 milyard dollar
Şirkət pivə hazırlanması ənənələri əsasında fəaliyyət göstərən üç klandan ibarətdir.
8. Beringer, Fon Baumbax ailəsi
Şirkət: “Boehringer Ingelheim”
Sərvəti: 51.9 milyard dollar
“Boehringer Ingelheim” 130 ildən çox tarixi olan bir alman dərman şirkətidir.
9. Ambani ailəsi
Şirkət: “Reliance Industries”
Sərvəti: 50.4 milyard dollar
“Reliance Industries” neft emalı, neft-kimya məhsullarının istehsalı və toxuculuq sənayesi kimi sahələrdə fəaliyyət göstərir.
10. Kargill və Makmillan ailəsi
Şirkət: “Cargill”
Sərvət: 42.9 milyard dollar
Ardıcıl altı nəsil boyunca Cargill və Makmillan klanlarının üzvləri 150 il əvvəl Ayova ştatında qurulan “Cargill” şirkətini idarə edir. Şirkət sənaye, kənd təsərrüfatı sahəsində işləyir, ərzaq istehsal edir və müştərilərə müxtəlif xidmətlər göstərir.