Kulinariya məktəbləri əsasən Hoqvarts kimi qastranomiyaya heyran olanlar üçündür. Bəziləri bura yeni təcrübə və təəssürat qazanmaq üçün, bəziləri isə sırf peşə üçün müraciət edirlər. Amma hamı bu fikirlə razıdır ki, qida, bir atmosfer və fəlsəfədir.
“LE CORDON BLEU”
Harada: Dünyanın 20 ölkəsi
Nə qədər: Bir kurs üçün ₼ 10.400-dən başlayan qiymətlərlə
“Le Cordon Bleu” Akademiyası bütün kulinariya həvəskarları üçün praktiki olaraq “Məkkə” hesab olunur. 1895-ci ildə Fransada qurulan bu akademiyanın hazırda dünyanın 20 ölkəsində 50-dən çox məktəbi var. Məktəbin adı “mavi lent” olaraq tərcümə olunur və bu bizi, orta əsr Fransa tarixində, fərqlənən cəngavərlərin, üzərində səma mavisi rəngdə lent asılmış Müqəddəs Ruh Xaçı ordeni ilə mükafatlandırıldığı dövrlərə aparır. Qısa zaman ərzində bu məktəb kulinariya sənətində yüksək keyfiyyətin simvoluna çevrildi. Akademiyanın fəlsəfəsi və qastronomiyaya olan xüsusi yanaşması restoran texnikası əsasında formalaşıb və bu təcrübə Tokiodan Londona qədər hər yerdə istifadə olunur. Təlim kursu təxminən 4 ay davam edir. Bu kursun iki bölməsi var:kulinariya və qənnadı məmulatları.Bələdçi “Mişlen” tərəfindən qeyd olunan tanınmış restoranlardan dəvət olunmuş baş-aşpazlar tələbələri öyrədirlər.
“AMERİKA KULİNARİYA İNSTİTUTU” (CIA)
Harada: Nyu York, ABŞ
Nə qədər: 2 illik tədris üçün təxminən ₼ 42.500
Amerika Kulinariya İnstitutu 1946-cı ildə Konnektikutda, Francis Roth və Catherine Angell adlı iki qadın tərəfindən yaradılıb. Onların təşəbbüskarlığı və proqressiv rəhbərliyi sayəsində qısa zaman ərzində bu institut “milli kulinariya mərkəzi” adlandırılmağa başladı. Maraqlıdır ki, açılışından 4 il sonra bu məktəb, İkinci Dünya Müharibəsində iştirak etmiş 600 nəfərdən çox veteranı baş-aşpaz, çörəkçi və dietoloq kimi yenidən cəmiyyətə qazandırmağa müvəffəq oldu. Hazırda CIA-nın baş ofisi Nyu Yorkda yerləşir. Bu instituta qəbul olmaq üçün bakalavr təhsili, 6 ildən az olmayaraq kulinariya sahəsində iş təcrübəsi, xasiyyətnamə və “Niyə mən burada təhsil almaq istəyirəm” mövzusunda esse yazmaq tələb olunur. İnstitut, amerikalılarla yanaşı, xarici tələbələrə də təlim üçün qrant ayırır.
“XARİCİLƏR ÜÇÜN İTALİYA KULİNARİYA MƏKTƏBİ” (ICIF)
Harada: Costigliole d’Asti, İtaliya
Nə qədər: ₼ 2550-dən başlayaraq
ICIF 1991-ci ildə, xarici ölkələrdəki restoranlarda işləyən peşəkarlar arasında italyan mətbəxinin imicini qoruyub saxlamaq məqsədi ilə yaradılıb. Məktəb həqiqi bir qalada yerləşir. Buradabacarıqlarını daha da artırmaq istəyənlər peşəkarlaşır, həvəskarlar isə italyan mətbəxinin sirlərinə yiyələnir.Təqdirəlayiq haldır ki, institutun ərazisində zeytun yağından istifadə qaydalarının öyrədildiyi eleotek guşəsi vəvə enoteka (şərab kolleksiyası) Somelye (şərab dequstasiyası, seçimi, təkliflərin tərtibi) məktəbi burada kulinariyadan geri qalmır. Təlim yekunlaşdıqdan sonra tələbələrə, seçilmiş restoranlarda 4 aylıq təcrübə keçmək təklif olunur.Hazırda bu institutun fakültələri Çin və Braziliyada da təmsil olunur.
“RAYMOND BLAN’IN KULİNARİYA MƏKTƏBİ”
Harada: Oksford, İngiltərə
Nə qədər: hər məşğələyə ₼ 850-dən başlayan qiymətlərlə
Britaniya mətbəxi deyəndə ilk ağıla gələn Ceym Oliver, Qordon Remzi və Heston Blumental gəlir. Buna baxmayaraq növbəti dönəm baş-aşpazlar ilk kulinariya təhsillərini Raymond Blan məktəbində alıblar. Bu məktəb Londona 15 kilometr məsafədə yerləşir. Blan, bütün mətbəx həvəskarlarına kulinariyanı öyrədir. Hətta məktəbin həyətində tələbələrin qalmağı üçün kiçik evlər də var. Kurslar qapalı şəraitdə aparılır. Burada tələbə sayı ən az 6 nəfər olmalıdır. Tədris müddəti 1 gündən bir neçə günə qədər davam edə bilər. Dərslər, vegeterian yeməklərinin hazırlanması, pəhriz və məhsulların keyfiyyəti haqda mühazirələrdən ibarətdir.
“BARILLA” AKADEMİYASI
Harada: Parma, İtaliya
Nə qədər: Bir dərs üçün ₼ 500-dən başlayan qiymətlərlə
1877-ci ildə Pietro Barilla Parmada çörək və makaron satışı üçün kiçik bir mağaza açdı.Təxminən 130 il sonra, 2004-cü ildə burada kulinariya akademiyası yaradıldı. “Barilla” İtaliyada ən qastronomik məktəb hesab olunur. O, dünyada yaxşı tanınan çox sayda yerli məhsulun konsentrasiyası səbəbindən italyanların Dadlı Vadi adlandırdığı Parma şəhərində yerləşir. Bu məktəbin qüruru, sahib olduğu kitabxanasıdır. Burada 8500-dən çox kitab var. Ən qədiminin 400 yaşı var. Akademiyada peşəkarlıq fakültələri ilə yanaşı həm də, doğru şəkildə tort və yə dondurma hazırlamaq istəyənlər üçün kurslar da fəaliyyət göstərir.