Mendelhol buz mağarası. Əslində çox az insan buzlağı görür. Daha az sayda insan isə vulkanik dəliklər və ya su axınlarının yaratdığı buz mağarasını görür. Mendelholu xüsusi edən də budur. 2014-cü ildə mağarada baş verən dağılmadan sonra Mendelhola girmək təhlükəli olsa da, bu oraya gedən turist sayına təsir etməyib.
Hiller gölü. Avstraliyanın Reşerş arxipelaqında yerləşir. Göl kifayət qədər böyükdür. Nə qəribə, forması nə də üstündə yaşayan nadir canlısı var. Rəngi çəhrayı olmasa idi, digər adi göllərdən biri olacaqdı. Səbəbi bilinməsə də gölün təbii rəngi belədir. İl boyu çəhrayılığını qoruyub saxlayan gölün suyunun insanlara heç bir ziyanı yoxdur.
Kristal mağarası. Meksikanın Çiuaya ştatında yerləşən mağarada nə görəcəyiniz aydındır – kristallar. Selenit kristalının eynisi olan böyük kristallar. Mağaranın içərisi İndiana Cons filmlərindəki kimidir. Temperatur 58 dərəcədir, rütubət isə hər zaman 90%-dir. Ona görə də xüsusi qoruyucu olmadan içəridə durmaq mümkün deyil.
Sokotra adası. Sokotra 4 adadan ibarət arxipelaqdır. Adaların biri arxipelağın 95 %-ni əhatə etdiyi üçün Sokotraya elə ada kimi istinad edirlər. Ən maraqlısı isə adanın Yer üzündəki ən fərqli yer olmasıdır. Adaya belə şöhrət verən nədir? Florası. Sokotra sanki bitkilərin Madaqaskarıdır. Həm də yüz milyonlarla il əvvəl materikdən ayrılaraq adada həyatın təcrid olunmasına səbəb olub.
Rorayma dağı. Deyə bilərsiz ki, istənilən dağın başından mənzərə qəribə görünür. Amma Rorayma dağının başından seyr edilən mənzərəyə bunların heç biri çata bilməz. İnsanı çəkən heç də hündürlük deyil. Bu dünyanın iki milyard il qədimlikdə geoloji quruluşunun üzərində dayanmanın verdiyi möhtəşəm hisdir.
Şon Donq mağarası. Vyetnamda yerləşən bu mağara dünyanın ən böyük mağarasıdır. 1991-ci ildə kəşf olunub. 2010-cu ilə qədər insanlar mağaranın sonun gedib çıxa bilməmişdilər. Mağaranı görmək istəyirsən? Sənə 3000 dollar və bir neçə il lazım olacaq.